Liderlər qrupunun komandaları 7-ci turda üz-üzə gəlir

13.02.2026
190
Paylaş:

Çempionluq mübarizəsini davam etdirən kişi həndbolçulardan ibarət “Qarabağ” və “Bakı” komandaları ölkə çempionatının 7-ci turunda üz-üzə gələcək.  Yarış cədvəlinin lideri olan “Qarabağ” qələbə qazanacağı halda ən yaxın izləyicisi olan “Bakı”dan bir qədər də aralanacaq.  “Bakı” isə rəqibini məğlub edərək liderlə xal sayını eyniləşdirməyə çalışacaq.  Bu komandaların gərgin və maraqlı mübarizə vəd edən qarşılaşması fevralın 14-ü saat 12:00-da başlayacaq. 


 Qadınların turnirində də  fəxri mükafat uğrunda yarış həlledici mərhələyə qədəm qoyur. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Kür” bu mövsüm artıq bir dəfə məğlub etdiyi “Azəryol”la Bakıda qarşılaşacaq.  Son çempion “Azəryol” qalib gəlməklə həm xalların sayında rəqibinə çatmaq, həm də Mingəçevirdəki məğlubiyyətin əvəzini çıxmaq niyyətindədir. Əks halda “Kür” fəxri mükafat uğrunda daha bir inamlı addım atacaq.  Maraqla gözlənilən bu matç fevralın 14-ü saat 16:00-a təyin olunub.


 “AHF Arena” İdman Kompleksində keçiriləcək  hər iki qarşılaşma Azərbaycan Həndbol Federasiyasının  “YouTube” kanalında  canlı yayımlanacaq.

Digər Xəbərlər

“Kür” mövsümü çempion üzərində qələbə ilə bitirdi

1983 13.05.2024

“Nur” yoxlama oyununda “Qarabağ”a qalib gəlib

2433 08.09.2017

Kişi həndbolçularımız Ukraynada ardıcıl üçüncü qələbəni qazanıblar

2367 14.04.2017

Həndbolçularımız Ukraynanın “Şaxtyor” komandasına qalib gəliblər

2480 11.04.2017

17 yaşadək həndbolçu qızların Avropa çempionatı başa çatıb

2597 14.08.2023

Həndbol komandalarımızın təlim-məşq toplanışlarına start verilir

2703 31.07.2018

Qadın həndbolçuların ölkə çempionatında XV turdan sonra turnir cədvəli

109 15.05.2026

Həndbol üzrə Azərbaycan çempionatında birinci dövrə yekunlaşıb

2688 20.02.2017