Liderlərin mübarizəsindən "Məhsul" qalib ayrılıb

14.12.2019
1260
Paylaş:

Kişi  həndbolçuların  Azərbaycan  çempionatında  növbəti  qarşılaşmalar  olub.  8-ci  turun  ilk  oyununda  U-18  və  “Təhsil”  komandaları  üz-üzə  gəliblər.

Gərgin  mübarizə  şəraitində  keçən  görüş  nominal  qonaqların  qələbəsi  ilə  nəticələnib.  Çempionatın  autsayderi  çox  çalışsa  da,  növbəti  məğlubiyyətdən  qurtula  bilməyib  -   24:27.

Günün  ikinci  görüşü  daha  böyük  maraqla  gözlənilirdi  –  “Məhsul”  –  “Bakı”.  Bu  tur  ərəfəsində  eyni  xala  malik  olan  rəqiblərin  oyunu  gərgin  mübarizədən  xəbər  verirdi.  Bu  cür  düşünənlər  yanılmayıblar.  Çempionluğa  əsas  namizədlərin  növbəti  duelində  də  azarkeşlər  maraqlı  idman  tamaşasının  şahidi  olublar.  Qarşılıqlı  hücumlardan  daha  səmərəli  faydalanan  “Məhsul”  görüşü  qələbə  ilə  başa  vurub  –  28:25.

Əsas  rəqibi  üzərində  qələbə  qazanan  “Məhsul”  14  xalla  çempionatın  lideridir.  “Bakı”  12  xalla  ikici  yerdə  qərarlaşıb.  “Təhsil”  3  xalla  3-ci  pillənin  sahibidir.  U-18  komandasının  aktivində  isə  cəmi  1  xal  var.

Dekabrın  21-də  keçiriləcək  9-cu  turun  oyunlarında  “Məhsul”  U-18  komandasını,  “Bakı”  isə  “Təhsil”i  sınağa  çəkəcək.

Digər Xəbərlər

Həndbol komandalarımız Türkiyəyə yollanacaqlar

1447 06.09.2017

Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub

299 28.01.2025

V-VI yerlər uğrunda növbəti oyunlar olacaq

224 28.02.2025

Çimərlik həndbolu üzrə ölkə çempionatında 10 komanda yarışacaq

1350 15.08.2017

Azərbaycan çempionatı: “U-17” - “Bakı” 15:50 (12:23)

386 02.12.2024

AHF-nin vitse-prezidenti Avropa Həndbol Federasiyasının tədbirində iştirak edəcək

1644 16.09.2020

Avropa çempionatı: SLO (Sloveniya) - FAR (Farer adaları) 31:25

1088 12.08.2023

"Olimpiya" Azərbaycan çempionatında ilk qələbəsini qazanıb

1927 26.10.2018