"Qarabağ" növbəti qələbəni qazandı

21.11.2019
1383
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  6-cı  turun  oyunları  keçirilib.  “ABU  Arena”nın  meydançasına  əvvəlcə  “Azərsu”  və  “Qarabağ”  komandaları  çıxıblar.  Çempionata  kifayət  qədər  inamlı  başlayan  “Qarabağ”  bu  qarşılaşmada  da  pərəstişkarlarının  etimadını  doğruldub.  Ciddi  müqavimətə  baxmayaraq  “Azərsu”  məğlubiyyətdən  qurtula  bilməyib  –  24:29.



Günün  ikinci  oyununda  isə  “Azəryol”  “İdman  Akademiyası”  ilə  üz-üzə  gəlib.  Meydançaya  favorit  qismində  çıxan  “Azəryol”  növbəti  qələbəsini  rəsmiləşdirməkdə  çətinlik  çəkməyib.  Nominal  ev  sahibinin  aşkar  üstünlüyü  ilə  yadda  qalan  görüş,  38:26  hesabı  ilə  başa  çatıb.

Dekabrın  4-də  keçiriləcək  7-ci  turun  oyunlarında,  “Azərsu”  “Azəryol”la,  “Qarabağ”  “İdman  Akademiyası”  ilə  üz-üzə  gələcək.

Digər Xəbərlər

“Bakı-2017”: Qadın həndbolçularımız yarımfinala yüksəliblər

1424 11.05.2017

Kişi həndbolçular arasında Azərbaycan çempionu məlum olub

1550 20.08.2017

Azərbaycan çempionatı: “Kür” mövsümdə ilk dəfə məğlub oldu

878 19.02.2024

“Bakı” mərkəzi qarşılaşmadan qalib ayrıldı

378 28.11.2024

"Bakı" komandası mübarizəni dayandırıb

1592 14.10.2018

Hakimlərimiz növbəti təyinat alıblar

1490 20.02.2018

Azərbaycan birinciliyinin zona yarışlarında ilk oyun gününün nəticələri

1144 21.03.2024

Həndbol hakimlərimiz yeni təyinat alıblar

1495 26.08.2017