Qadın həndbolçuların Azərbaycan çempionatı davam edir. Yarışın 14-cü turu da favoritlərin qələbəsi ilə yekunlaşıb. Amma, çempionluğa iddialı komandalar növbəti iki xalı fərqli mübarizənin yekununda qazanıblar. “Azəryol” – “İdman Akademiyası” ilə oyunda ciddi müqavimətlə üzləşməyib. Nominal meydança sahibinin tam üstünlüyü ilə keçən görüş 38-23 hesabı ilə başa çatıb.
Çempionatın lideri “Azərsu” ilə “Qarabağ”ın görüşü gözlənildiyindən də gərgin alınıb. Maraqlı mübarizə şəraitində keçən oyunun taleyi son dəqiqələrdə həll olunub. Güclü rəqibə qarşı başabaş oyun nümayiş etdirən “Qarabağ” çox çalışsa da azarkeşlərini sevindirə bilməyib. Son nöqtəni qoymağı bacaran “Azərsu” 25:24 hesablı qələbə ilə nahaq yerə baş mükafata əsas namizəd sayılmadığını sübut edib.
Aktivinə 28-ci xalı yazdıran “Azərsu” zirvəni qoruyur. Bir oyun az keçirən “Azəryol” liderdən 4 xal geri qalır. 3-cü yerdə qərarlaşan “Qarabağ”ın 14 xalı var. “İdman Akademiyası” və “Olimpiya” komandaları hərəyə 7 xalla sonrakı pillələri bölüşür. “Gənclər Birliyi”nin hələ də xalı yoxdur.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
Həndbolçularımız Gürcüstana yollanacaqlar
2584
03.06.2019
Beynəlxalq turnirin yarımfinalçıları müəyyənləşib
1599
30.08.2024
VII tur: Kür - İdman Akademiyası 49:16
1780
14.01.2024
AÇ-2024-ün seçmə mərhələsi: İspaniya - Azərbaycan 42:16
1850
07.04.2024
Qadın həndbolçuların Azərbaycan çempionatında 11-ci turun növbəti oyunları keçirilib.
2572
26.01.2019
Hakimlərimiz növbəti təyinat alıblar
2132
06.03.2018
Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatında mübarizə davam edir
2342
19.08.2017
Həndbol üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
2132
16.02.2017