Favoritlərin mübarizəsindən “Məhsul” qalib ayrıldı

10.02.2019
1648
Paylaş:

Kişi  həndbolçuların  ölkə  çempionatında  9-cu  turun  qarşılaşmaları  olub.

“ABU  Arena”da  keçirilən  yarışın  növbəti  oyun  günündə  diqqətlər  favoritlərin  görüşünə  yönəlib.

Bu  turadək  hərəyə  14  xalla  çempionata  şərikli  liderlik  edən  “Məhsul”  və  “Bakı”  komandalarının  qarşılaşması  gərgin  və  maraqlı  mübarizə  ilə  yadda  qalıb.  Qapılara  ümumilikdə  51  qolun  vurulduğu  oyunda  fürsətlərdən  daha  layiqincə  faydalanan  “Məhsul”  azarkeşlərinin  ümidlərini  doğruldub.  Nominal  meydança  sahibi  çempionluq  yolunda  əsas  rəqibini  28:23  hesabı  ilə  üstələyib.

“Təhsil”  –“ U-16” görüşündə  isə  birincilər  asan  qələbəyə  seviniblər  –  35:19.

Prinsipial  qarşılaşmanı  qələbə  ilə  başa  vuran  “Məhsul”  16  xalla  çempionatın  artıq  vahid  lideridir.  Bu  turdakı  məğlubiyyətdən  sonra  izləyiciyə  çevrilən  “Bakı”nın  aktivində  14  xal  var.  Hələ  ki  qələbə  sevinci  dadmayan “U-16” üzərində  qələbə  ilə  xal  ehtiyyatını  6-ya  çatdıran  “Təhsil”  3-cü  pillədədir.

Digər Xəbərlər

20 Yanvar Ümumxalq Hüzn Günüdür

982 20.01.2024

“Məhsul” komandası ilk məğlubiyyətlə barışıb

1515 03.12.2017

Saleh Məmmədov yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib

1808 03.02.2022

Həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək

535 11.09.2024

Milli komandamız Maltaya yollanır

1673 08.01.2019

"Bakı" və "Azəryol"dan növbəti qələbə

175 30.03.2025

Milli həndbol komandamız Bolqarıstan və Nigeriya ilə görüşəcək

1482 11.03.2023

"Azəryol"la Özbəkistan millisi finalda

477 31.08.2024