“Azərsu” “Olimpiya” üzərində növbəti qələbəsini qazandı

25.01.2019
2366
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  daha  bir  oyun  keçirilib.  Tbilisidə  “Olimpiya”  komandasının  qonağı  olan  “Azərsu”,  Gürcüstan  həndbolçuları  ilə  ikinci  görüşü  də  qələbə  ilə  başa  vurub.  Bir  gün  əvvəl  43:21  hesabı  ilə  qalib  gələn  Bakı  təmsilçisi,  növbəti  qarşılaşmada  da  rəqibə  aman  verməyib.  Matçın  əvvəlindən  təşəbbüsə  yiyələnən  “Azərsu”,  40:17  hesabı  ilə  qələbə  çalıb.

12  oyundan  22  xal  toplayan  “Azərsu”  çempionatın  lideridir.  İki  oyun  az  keçirən  “Azəryol”  ikinci  pillədədir.  “Qarabağ”  12  xalla  3-cü  yerdə  qərarlaşıb.  4-cü  pillənin  sahibi  Tbilisi  “Olimpiya”sının  aktivində  7  xal  var.  “İdman  Akademiyası”  5  xalla  5-ci  yerdədir.  Autsayder  “Gənclər  Birliyi”  hələ  ki  xal  qazana  bilməyib.

 

Digər Xəbərlər

Azad Rəhimov vəfat edib

2307 01.05.2021

“Astana” yarımfinala yüksəldi

1443 29.08.2024

İsgəndər Əsgərov Gürcüstanda keçiriləcək yarışa dəvət alıb

2316 15.07.2018

Final: Özbəkistan millisi - “Azəryol” (Azərbaycan) 29:32

1381 01.09.2024

Ölkə çempionu ilk məğlubiyyətlə barışdı

2425 18.11.2019

Azərbaycan çempionatı: VI turun ilk oyun gününün nəticələri

2045 23.12.2023

Kişi həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra turnir cədvəli

2269 26.12.2023

Azərbaycan kubokunda 1/2 finalçılar məlumdur

2229 26.01.2020