Bu gün həndbol üzrə 26-cı Azərbaycan çempionatına start verilir.
Növbəti mövsümdə 6-sı qadın, 4-ü kişi olmaqla 10 komanda qüvvəsini sınayacaq. İlk olaraq qadın həndbolçular mübarizəyə başlayacaqlar.
Start fiti saat 13:00-da səslənəcək mövsümün açılış matçında "Gənclər Birliyi" və "Azəryol" kollektivləri üz-üzə gələcəklər. Saat 15:00-da başlanacaq "İdman Akademiyası" - "Qarabağ" görüşündən sonra çempionatın açılış mərasimi keçiriləcək.
İlk oyun gününün son qarşılaşmasında isə Azərbaycan çempionu "Azərsu" Gürcüstanı təmsil edən "Olimpiya" komandasını sınağa çəkəcək.
Qeyd edək ki, "Olimpiya"nın Azərbaycan çempionatında keçirəcəyi 20 görüşün 10-u Bakıda,10-u isə Tbilisidə təşkil olunacaq. Gürcüstan həndbolçuları qoşa oyunlarda mübarizə aparacaqlar. Belə ki, "Olimpiya" sabah çempionatın ikinci görüşündə yenidən "Azərsu" ilə qarşılaşacaq. Qadın həndbolçuların 20 turdan ibarət Azərbaycan çempionatına aprel ayının sonlarında yekun vurulacaq.
Kişi həndbolçulardan ibarət "Məhsul", "Təhsil", “U-16” və son çempion "Bakı" komandası növbəti respublika çempionatında mübarizəyə oktyabrın 21-də başlayacaq.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Azərbaycan çempionatı: VI turun ilk oyun gününün nəticələri
1774
02.11.2024
Azərbaycan çempionatında XII turun oyun cədvəli
2505
23.02.2024
2026-cı il Avropa çempionatının təsnifat turnirində növbəti oyunlar keçirilib
2635
13.01.2023
Ölkə çempionatında IV turun oyun cədvəli
314
08.01.2026
Azərbaycan çempionatı: VII turun ilk oyun gününün nəticələri
2550
11.01.2024
Favoritlər növbəti qələbələrini qazandılar
2723
03.02.2019
AHF-nin vitse-prezidenti Beynəlxalq Həndbol Federasiyasının 40-cı konqresində iştirak edəcək
340
19.12.2025
Gürcüstan millisi Avropa çempionatına Bakıda hazırlaşır
1683
17.06.2025