"Nur" mərkəzi oyundan qələbə ilə ayrıldı

25.03.2018
1427
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  15-ci  turun  oyunlarına  start  verilib.

"Azərsu"   -  "İdman  Akademiyası"  matçında   imkanları  daha  yüksək  qiymətləndirilən  "Azərsu"   24-16  hesablı  qələbə  ilə  mülahizələri  doğruldub.  Günün  mərkəzi  qarşılaşması  isə   gərgin  mübarizə  ilə  yadda  qalıb.   "Azəryol"  -  "Nur"  görüşündə  qonaqlar  bir  top  fərqi  ilə  qələbə  qazanıblar  -  29:28.

Qeyd  edək  ki,  ölkə  çempionatının  16-cı  turu  martın  30-da  Mingəçevirdə  start  götürəcək.  "Kür"  Olimpiya  İdman  Mərkəzinin  arenasında   "Nur"   "Azərsu"  ilə  qarşılaşacaq.  "İdman  Akademiyası"  -  "Gənclər  Birliyi"  və  "Azəryol"  -  "Qarabağ"  görüşləri  isə  aprelin  ilk  gününə  təyin  olunub.

Digər Xəbərlər

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İliniz Mübarək!

359 31.12.2024

İsgəndər Əsgərov Avropa Kubokunun oyununa təyinat alıb

1171 19.09.2023

Azərbaycan çempionatında II dövrəyə yekun vurulub

1580 21.12.2019

Hakimlərimiz “Sloga Pojeqa”-“Lokomotiv” oyununu idarə edəcəklər

1377 07.02.2017

Favoritlərdən növbəti qələbələr

1600 10.03.2019

"Azərsu"nun çempionluğu rəsmiləşdi

1578 26.04.2018

Həndbol üzrə yığmamız Tbilisidə təlim-məşq toplanışında iştirak edir

1417 07.07.2023

Həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək

530 11.09.2024