Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsi başa çatıb

17.12.2017
2454
Paylaş:

Dekabrın  17-də  həndbol  üzrə  Azərbaycan  kuboku  uğrunda  yarışın  ilk  mərhələsinə  yekun  vurulub.

Son  oyun  günündə  keçirilən  görüşlərdə  qadın  həndbolçulardan  ibarət  “Qarabağ”  komandası  “Gənclər  Birliyi"nə  39:26,  “Nur”  isə  “Azəryol”a  26:24  hesabı  ilə  qalib  gəlib.

Kişilərin  yarışında  "Bakı"  klubu  Respublika  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq  Gənclər  İdman  Məktəbinin  (RİOEUGİM)  yetirmələrini  məğlubiyyətə  uğradıb  -  35:22.  Yarışın  favoritlərindən  sayılan   "Məhsul"  isə  “Təhsil”  komandası  üzərində  32:29  hesabı  ilə  qələbə  çalıb.

Qeyd  edək  ki,  ölkə  kuboku  uğrunda  yarışların  ikinci  mərhələsi  gələn  ilin  mart-aprel  aylarında  keçiriləcək.

Digər Xəbərlər

Qız həndbolçulardan ibarət millimiz Avropa çempionatına hazırlaşır

2301 02.03.2023

Ötən mövsümün mükafatçıları yenidən üz-üzə

1355 15.10.2024

“Azəryol” yoxlama oyununda “Karpati”yə qalib gəlib

2545 03.09.2019

Həndbol hakimlərimiz EHF kuboku oyununu idarə edəcəklər

2203 30.08.2017

Final: Özbəkistan millisi - “Azəryol” (Azərbaycan) 29:32

1383 01.09.2024

Bu gün Novruzun sonuncu -Torpaq çərşənbəsidir

1099 18.03.2025

Azərbaycan çempionatı: VI turun son oyunlarının nəticələri

1875 24.12.2023

Həndbolçularımız Tbilisidə keçiriləcək mötəbər yarışa qatılacaqlar

2230 22.04.2021