Azərbaycan Həndbol Federasiyasının dəstəyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həndbol üzrə rayon birinciliyinə yekun vurulub.
Lənkəranın ümumtəhsil məktəblərini təmsil edən 16 komanda 2 qrupda mübarizə aparıb.
İki gün davam edən yarışın finalında Lənkəran şəhər 2 və 6 nömrəli orta məktəblərin komandaları üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşmədiyi üçün tərəflər yeddi metrlik cərimə zərbələri ilə mübarizəyə yekun vurublar. Penaltiləri daha dəqiq yerinə yetirən 2 nömrəli tam orta məktəbin komandası turnirin qalibi olub. Şıxakəran tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.
Reqlamentə əsasən, şəhər 2 nömrəli məktəbin komandası kubokla yanaşı, Azərbaycan birinciliyinin zona yarışlarına vəsiqə qazanıb.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
“Kür” liderlik mövqeyini qoruyur
1304
17.04.2025
İslamiada: Kişi həndbolçularımız Səudiyyə Ərəbistanı ilə görüşdə məğlub olublar
2670
10.05.2017
“Azəryol” finala yüksəldi
1483
21.05.2025
Avropa çempionatı: Azərbaycan - Sloveniya 06:58
2623
06.08.2023
Həndbolçularımız İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Türkiyəyə yola düşüblər
2580
06.08.2022
“Azəryol” çempionluğa doğru irəliləyir
1724
03.02.2025
“Azəryol” həndbolçuları “İdman Akademiyası” kollektivini böyük hesabla məğlub ediblər
3023
06.11.2018
Millimiz Avropa çempionatına hazırlaşır
2382
04.12.2023