Qadın həndbolçularımızın İslamiadadakı rəqibləri müəyyənləşdi

26.10.2025
453
Paylaş:

 


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadın həndbolçulardan ibarət millimizin rəqibləri müəyyənləşib. Komandamız Qazaxıstan, Özbəkistan və Qətər yığmaları ilə birgə B qrupunda yarışacaq. A qrupunda isə Türkiyə, İran , Qvineya və Maldiv adaları millisi yer alıb.


 İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək. 


Xatırladaq ki, qadın həndbolçulardan ibarət millimiz 2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda qızıl medal, 2022-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən oyunlarda gümüş medal qazanıb.


 

Digər Xəbərlər

"Qarabağ"-"Azərsu" görüşündə gərgin mübarizə qeydə alınıb

2697 02.12.2017

Həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub

3534 12.05.2023

Final mərhələsində daha 3 oyun keçirilib

1396 01.02.2025

Azərbaycan Həndbol Federasiyasının nümayəndələri paytaxtda və bölgələrdə görüşlər keçiriblər

2705 07.02.2017

Millimiz Mərkəzi Asiyanın Açıq çempionatında qüvvəsini sınayacaq

2154 15.05.2024

“Bakı” liderlə xal fərqini aradan qaldırdı

2027 29.04.2024

U18 Avropa çempionatı: Kosovo - Azərbaycan 44:27

1764 16.08.2024

Emil Sərxanov: “Azəryol”  istəyini reallaşdıra bilər

1376 31.03.2025