XXXI ölkə kubokunun püşkatma mərasimi keçirilib

22.04.2025
1394
Paylaş:

XXXI ölkə kubokunun püşkatma mərasimi keçirilib


Azərbaycan Həndbol Federasiyasında (AHF) XXXI ölkə kubokunun püşkatma mərasimi keçirilib. Tədbirdə hakimlər kollegiyasının üzvləri, idman şöbəsinin əməkdaşları və komandaların baş məşqçiləri iştirak ediblər.


Federasiyanın idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov 2024-2025-ci illər üzrə ölkə kubokunun 26 aprel tarixində “AHF Arena”da keçiriləcəyini bildirib. Olimpiya üsulu ilə təşkil olunacaq yarışın 1/4 final mərhələsindən başlayacağı qeyd edilib. 2023-2024-cü illər üzrə ölkə kubokunun finalçıları olan kişilərdən ibarət “Azəryol” və “Bakı”, qadınlardan ibarət “Azəryol” və “Kür” komandalarının yarımfinal mərhələsindən mübarizəyə qoşulacağı açıqlanıb. Sözügedən mərhələyə mayın üçüncü ongünlüyündə start veriləcək.


Tədbirdə turnirin reqlamenti, qaydaları və oyun cədvəli haqqında ətraflı məlumat verilib. İştirak edəcək komandaların siyahısı elan olunub. Ümumilikdə 9 kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”, U-17) və 7 qadın (“Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16) komandası mübarizə aparacaq.


Püşkatma mərasimindən sonra iştirakçıların sualları cavablandırılıb, turnirlə bağlı bütün detallar müzakirə edilib.


 

Digər Xəbərlər

Avropa Kuboku: Azəryol (Azərbaycan) - Qaliçanka (Ukrayna) 22:36 (12:15)

1772 05.10.2024

İsgəndər Əsgərov növbəti təyinat alıb

2428 12.10.2023

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz yeni təyinat alıblar

2733 02.02.2017

"Bakı" və "Azəryol"dan növbəti qələbə

1330 30.03.2025

Ölkə kubokunda mübarizə başlanır

1315 25.04.2025

Azad Rəhimov vəfat edib

2716 01.05.2021

Həndbol üzrə Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşib

2785 16.12.2018

Kişi həndbolçuların ölkə çempionatında XI turdan sonra turnir cədvəli

170 02.04.2026