Həndbolçularımız beynəlxalq turnirə hazırlaşırlar

11.05.2021
2652
Paylaş:

Kişilərdən  ibarət  həndbol  millimiz  daha  bir  ciddi  sınaq  qarşısındadır.  Seçmə  komandamız  iyun  ayında  Gürcüstanın  paytaxtı  Tbilisidə  təşkil  olunacaq  Trofi  turnirinə  hazırlaşır.

Bakıda  start  verilən  təlim-məşq  toplanışını  başa  vuran  həndbolçularımız  mayın  5-dən  etibarən  Gürcüstan  paytaxtındadırlar.  Baş  məşqçi  Vidadi  Əliyevin  rəhbərliyi  ilə  Tbilisiyə  yollanan  milli,  mayın  21-dək  davam  edəcək  təlim-məşq  toplanışı  çərçivəsində  yerli  komandalarla  yoxlama  görüşlərində  də  qüvvəsini  sınayır.

Xatırladaq  ki,  bütün  bunlar  Tbilisidə  təşkil  olunacaq  Trofi  turnirində  ölkəmizi  layiqincə  təmsil  etmək  məqsədi  daşıyır.  14-19  iyun  tarixlərində  keçiriləcək  yarışda  komandamızın  rəqibləri  Böyük  Britaniya,  İrlandiya,  Bolqarıstan,  Gürcüstan,  Kipr,  Moldova,  Malta  və  Ermənistan  seçmə  komandaları  olacaq.

 

Digər Xəbərlər

Həndbol məşqçiləri üçün seminar keçiriləcək

2911 08.02.2023

Qadın həndbolçularımızdan uğurlu start

2768 09.05.2017

Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - ISR (İsrail) 32:31

2479 13.08.2023

Avropa çempionatı: GEO (Gürcüstan) - SLO (Sloveniya) 14:30

2614 09.08.2023

Kişi həndbolçuların ölkə çempionatında XII turdan sonra turnir cədvəli

128 28.04.2026

Bu gün Yel çərşənbəsidir

1450 11.03.2025

Hakimlərimiz beynəlxalq oyunda

2620 13.10.2019

"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında

2583 02.03.2019