Azərbaycan çempionatında fasilə başa çatdı

06.02.2020
3106
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  fasilə  başa  çatıb.  X  turun  oyunları  da  maraqlı  mübarizə  ilə  yadda  qalıb.  Meydançaya  əvvəlcə  “Azəryol”  və  “Azərsu”  komandaları  çıxıblar.  Yarış  cədvəlindəki  mövqeyini  yaxşılaşdırmaq  niyyətində  olan  “Azərsu”  liderlə  oyunda  yüksək  əzmkarlıq  göstərsə  də,  bu,  qələbə  üçün  kifayət  etməyib.  “Azəryol”  rəqibin  ciddi  müqavimətinə  baxmayaraq,  qarşıya  qoyulan  tapşırığı  yerinə  yetirib  –  24:23.

Günün  digər  qarşılaşmasında  “İdman  Akademiyası”  və  “Qarabağ”  komandaları  üz-üzə  gəliblər.  Çempionluq  uğrunda  mübarizə  aparan  “Qarabağ”  təbii  ki,  bu  görüşdə  xal  itirmək  niyyətində  deyildi.  Oyuna  qələbə  üçün  çıxan  nominal  qonaqlar  çətinliklə  də  olsa,  azarkeşlərin  etimadını  doğruldublar.  “İdman  Akademiyası”  komandası  çox  çalışsa  da,  məğlubiyyətdən  qurtula  bilməyib  –  35:40.

X  turu  da  qələbə  ilə  bitirən  “Azəryol”  18  xalla  çempionatın  vahid  lideridir.  “Qarabağ”  ondan  iki  xal  geri  qalır.  “Azərsu”  6  xalla  üçüncü  yerdə  qərarlaşıb.  Hələ  də  xal  qazana  bilməyən  “İdman  Akademiyası”  çempionatın  autsayderidir.

Qeyd  edək  ki,  fevralın  8-də  kişi  həndbolçulardan  ibarət  komandalar  X  turun  oyunlarına  çıxacaqlar.  Həmin  gün  “Məhsul”  “Təhsil”lə,  U-18  isə  “Bakı”  ilə  qarşılaşacaq.

Digər Xəbərlər

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz nüfuzlu yarışa təyinat alıblar

2500 22.09.2023

20 Yanvar faciəsinin şəhidlərini dərin ehtiram və qürurla yad edirik!

1553 19.01.2025

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.

72 26.06.2026

Azərbaycan çempionatında VII turun oyun cədvəli

2596 10.01.2024

“Qarabağ” favorit statusunu təsdiqlədi

1637 28.04.2024

“Azəryol” həlledici görüşdə əsas rəqibini üstələdi

2741 15.04.2019

“İdman Akademiyası” komandası Gürcüstana yola düşüb

3190 24.10.2018

Emil Sərxanov: “Azəryol”  istəyini reallaşdıra bilər

1425 31.03.2025