Həndbol qaydaları Azərbaycan dilində çapdan çıxıb

06.04.2026
252
Paylaş:

Beynəlxalq Həndbol Federasiyasının (IHF) yenilənmiş oyun qaydaları Azərbaycan dilində çapdan çıxıb.


Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov tərəfindən hazırlanan nəşr artıq həndbol ictimaiyyətinə  təqdim olunub.


Nəşrdə IHF-nin qapalı meydança  üzrə yenilənmiş qaydaları öz əksini tapıb. Bu dəyişikliklər oyunun daha aydın, dinamik və vahid qaydalar əsasında idarə olunmasına xidmət edir. 


Azərbaycan dilində çap olunan bu toplunun məşqçilər, hakimlər, idmançılar, mütəxəssislər və həndbol sevərləri üçün faydalı mənbə olacağı gözlənilir. Nəşr qaydaların daha rahat öyrənilməsinə, düzgün tətbiqinə və yerli həndbol mühitində vahid yanaşmanın formalaşmasına töhfə verəcək.

Digər Xəbərlər

Həndbol üzrə Azərbaycan çempionatında birinci dövrə yekunlaşıb

2719 20.02.2017

Qadın həndbolçularımız təlim-məşq toplanışlarını davam etdirir

2151 07.07.2022

1/2 final: “Qarabağ” (Azərbaycan) – “Azəryol” (Azərbaycan) 20:30

1963 31.08.2024

Qadın həndbolçularımız Gürcüstanın yığma komandasına qalib gəliblər

2634 22.06.2022

“Azəryol” ən yaxın rəqibini 5 xal qabaqlayır

1643 07.05.2025

Azərbaycan Həndbol Federasiyası ilin ən yaxşı federasiyası seçilib

2744 20.12.2017

Avropa çempionatında qrup mərhələsinin 4-cü turuna start verilib

2427 09.08.2023

Yeniyetmə həndbolçularımız açıq Avropa turnirinə qatılacaqlar

2653 21.06.2018