AHF yeni mövsümə kubok yarışı ilə start verir

18.09.2025
775
Paylaş:

Bu gün həndbol üzrə Azərbaycan kuboku turnirində 2025-2026-cı il mövsümünə start veriləcək. Açılış matçında kişilərdən ibarət "Qarabağ" və "Azəryol" komandaları üz-üzə gələcək. 1/4 final mərhələsinin qarşılaşması saat 19-da başlanacaq.


Sentyabrın 20-ə qadın komandaları arasında 2 matç təyin olunub. Əvvəlcə saat 11:30-da "Təhsil" və "Qarabağ" münasibətlərə aydınlıq gətirəcək. Saat 13:30-da "İdman Akademiyası" - "Bakı" görüşü keçiriləcək.


Günün son oyununda isə kişilərin yarışında "Təhsil" və "Dinamo" qarşılacaq. Bu görüşün start fiti saat 15:30-da səsləndiriləcək. Bütün qarşılaşmalar "AHF Arena"da təşkil olunacaq. Xatırladaq ki, ötən ilki yarışın finalçıları bu mövsüm mübarizəyə yarımfinaldan qoşulacaq.

Digər Xəbərlər

“Bakı-2017”: Qadın həndbolçulardan ibarət millimiz finalda

2562 13.05.2017

Həndbolçu qızlar beynəlxalq turnirdə daha bir oyuna çıxıblar

2257 09.02.2018

Vidadi Əliyev cənub bölgəsinə koordinator təyin olunub

105 04.12.2025

Azərbaycan çempionatında VI turun cədvəli

1269 27.11.2024

"Azəryol" Azərbaycan çempionudur

1037 17.05.2025

"Azərsu" ilə "Azəryol" münasibətləri aydınlaşdıra bilmədi

2324 13.01.2018

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub

2515 11.04.2022

Azərbaycan çempionatının VII turunun iki oyunu canlı yayımda

1310 06.12.2024