Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının növbəti oyunları keçirilib.
İkinci yarış günündə əvvəlcə meydançaya qadın həndbolçular çıxıblar. Turun açılış oyunu “qızıl qol”a kimi davam edib. Gərgin mübarizə ilə yadda qalan “İdman Akademiyası” - “Qarabağ” görüşü 1:2 hesabı ilə yekunlaşıb.
Günün digər oyunlarında “Nur” “Azəryol-2”ni 2:0, “Azəryol-1” komandası isə “Azərsu”nu 2:0 hesabı ilə məğlub edib.
Fasilədən sonra ikinci dəfə meydançaya çıxan “Qarabağ” “shoot-out”adək davam edən oyunda “Azəryol-2” üzərində də qələbə çalıb - 2:1. “Azərsu” isə “İdman Akademiyası” komandasını gün ərzində ikinci məğlubiyyətlə barışdırıb – 0:2. Günün qadın həndbolçular arasında son matçında “Nur” “Azəryol-1”ə 2:0 hesabı ilə qalib gələrək çempionluğa bir addım da yaxınlaşıb.
Kişilərin mübarizəsində əvvəlcə “Təhsil” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələri üzərində qələbə qazanıb - 2:0. Günün son görüşündə “Bakı” və “Məhsul” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizənin taleyini “shoot-out” həll edib. Nəticədə “Məhsul” 2:1 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, çimərlik həndbolu üzrə Azərbaycan çempionatının qalibləri avqustun 20-də müəyyənləşəcək.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
"Məhsul" daha bir inamlı qələb qazanıb
2271
10.03.2020
Seçmə komandamız Rusiyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək
2414
08.04.2019
"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında
2278
02.03.2019
Avropa çempionatı: SLO (Sloveniya) - LTU (Litva) 33:28
2131
10.08.2023
Azərbaycan çempionatı: II turun ilk oyun gününün nəticələri
1380
20.09.2024
Həndbol üzrə XXV Azərbaycan çempionatında 10 komanda mübarizə aparacaq
2457
07.10.2017
Zəfər Gününüz Mübarək!
1409
08.11.2024
“Bakı-2017”: Qadın həndbolçularımız inamla irəliləyirlər
2214
11.05.2017