Ölkə çempionatı :“Bakı” çətin Mingəçevir səfərinə yollanır

13.03.2024
1823
Paylaş:

 


Kişi həndbolçuların ölkə çempionatında mübarizə getdikcə kəskin xarakter alır. Çempionluq mübarizəsini davam etdirən komandalar 14-cü turda üz-üzə gələcək.


Turun açılış oyunu martın 14-də “Azəryol” və “Dinamo” arasında olacaq. Ötən tur “Bakı”ya məğlub olan “Azəryol” həndbolçuları bu görüşdə qalib gəlməklə çempionluq iddiasını davam etdirmək niyyətindədir. “AHF Arena”da keçiriləcək bu matç saat 19-da start götürəcək. Turun mərkəzi qarşılaşması liderlər qrupunda qərarlaşan komandalar arasında olacaq. 19 xalla yarış cədvəlinə başçılıq edən “Kür” ən yaxın izləyicisi, ondan bir xal geri qalan “Bakı”nı qəbul edəcək. Meydan sahibləri qələbə qazanacağı halda lider mövqeyini möhkəmlədəcək. Əks halda Mingəçevir həndbolçuları ilk pilləni paytaxt təmsilçisinə verməli olacaq.  Martın 17-i "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq  “Kür”- “Bakı” qarşılaşması saat 14-də başlanacaq.


Görüş Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsi və “Youtube” kanalından canlı yayımda azarkeşlərə təqdim olunacaq.

Digər Xəbərlər

Ramazan bayramınız mübarək!

1836 10.04.2024

Liderə layiq qələbə

1095 20.04.2025

Azərbaycan çempionatında növbəti oyunların nəticələri

1266 30.01.2025

X tur: Dinamo - Bakı 20:44

1762 09.02.2024

Azərbaycan çempionatı: VI turun ilk oyun gününün nəticələri

2051 23.12.2023

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz yeni təyinat alıblar

2392 02.02.2017

“Qarabağ” həndbol klubu “İdman Akademiyası” komandasını məğlub edib

3342 14.11.2018

Həndbol üzrə Azərbaycan çempionatında mübarizə davam edir

2382 17.02.2017