İslamiada: Millimizin finaldakı rəqibi Türkiyə komandası olacaq

13.05.2017
2559
Paylaş:

“Bakı-2017”  IV  İslam  Həmrəyliyi  Oyunlarının  həndbol  yarışlarında  bütün  finalçılar  müəyyənləşib.

Yarımfinalda  Özbəkistan  seçməsi  ilə  qarşılaşan  qadın  həndbolçularımız  inamlı  qələbə  qazanıblar  -  42:25.  Həlledici  görüşdəki  rəqibimiz   digər  yarımfinal  matçında  Kamerun  yığmasını  34:18  hesabı  ilə  məğlub  edən  Türkiyə  kollektivi  olacaq.

Kişi  həndbolçuların  yarışında  finala  ilk  olaraq  Səudiyyə  Ərəbistanı  həndbolçuları  yüksəliblər.  Onlar  yarımfinalda  İraq  komandasından  üstün  olublar  -  28:24.  Finala  adlayan  digər  komanda  isə   Əlcəzair  üzərində  26:22  hesabı  ilə  qələbə  çalan  Türkiyə  millisidir.

Kişi  və  qadın  həndbolçular  arasında  həlledici  oyunlar  mayın  14-də  “Sərhədçi”  İdman  Olimpiya  Mərkəzində  keçiriləcək.

 

             

Digər Xəbərlər

Favoritlərin növbəti qələbəsi

2510 25.11.2019

Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyun cədvəli

2194 23.05.2024

Hər iki hissədə bərabərlik

1328 13.04.2025

Azərbaycan çempionatında pley-off mərhələsinə start verilib

2546 24.03.2018

Yeniyetmə həndbolçular ölkə birinciliyində bacarıqlarını göstəriblər

2895 24.04.2017

Hakimlərimiz EHF kubokunda

2698 24.01.2020

Azərbaycan çempionatı: "Qarabağ" - "İdman Akademiyası" 32:25 (15:11)

1763 27.11.2024

“Qarabağ”la “Kür” liderlik mövqeyini möhkəmlədib

2105 05.02.2024