Qadın həndbolçuların Azərbaycan çempionatında iki turun oyunları keçirilib

05.02.2023
2579
Paylaş:

Həftəsonu “AHF Arena”da qadın həndbolçuların Azərbaycan çempionatında iki turun oyunları keçirilib. 
11-ci turda “Azəryol” və “İdman Akademiyası” komandalarının görüşü olduqca gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Fasiləyə 16:16 hesabı ilə yollanan rəqiblər ikinci hissədə də qalibi müəyyənləşdirə bilməyiblər-27:27. Penalti seriyasında isə daha dəqiq oynayan “İdman Akademiyası” yarışın lideri ilə dueli qələbə ilə başa vurub – 31:29. Ardınca meydançaya çıxan U-16 və “Azərsu” komandalarının qarşılaşmasında isə “Azərsu” favorit statusunu təsdiqləyib – 31:18.


Bu komandaların 12-ci turdakı görüşündə isə fərqli nəticə qeydə alınıb. Meydançaya revanş hissi ilə çıxan “U - 16” gərgin mübarizə şəraitində keçən oyunu 23:22 hesablı qələbə ilə bitirməyi bacarıb. 
“Azəryol” da öz növbəsində bir tur əvvəlki məğlubiyyətin əvəzini çıxıb. “İdman Akademiyası”nın bütün cəhdlərinə baxmayaraq oyunun hər iki hissəsini yüksək səviyyədə keçirən rəqib 44:26 hesabı ilə qələbə qazanıb. 
“Azəryol” 28 xalla çempionatın lideridir. “Qarabağ” ondan 5 xal geri qalır. “İdman Akademiyası” 14 xalla 3-cü, “Azərsu” 9 xalla 4-cü pillədə qərarlaşıb. Mövsümdə ilk qələbəsini qazanan “U-16” 3 xalla sonuncu yerdədir.

Digər Xəbərlər

Azərbaycan çempionatı: IV turun oyun cədvəli

2463 01.12.2023

Azərbaycan çempionatı: III turun növbəti oyunları

1939 28.09.2024

“Bakı” mərkəzi qarşılaşmadan qalib ayrıldı

1505 28.11.2024

17 yaşlı qızlar arasında keçiriləcək həndbol üzrə Avropa çempionatının oyun cədvəli

2599 03.08.2023

İsgəndər Əsgərov Rusiya və Slovakiya komandalarının oyununda

2511 30.01.2019

İsgəndər Əsgərov İsrailə yollanıb

2805 22.10.2019

“Azəryol” komandasının Avropa kuboku yarışlarındakı rəqibi müəyyənləşib

3097 21.10.2020

Həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək

1746 11.09.2024