Bu gün Avropa Həndbol Federasiyasının (EHF) ofisində həndbol üzrə avrokubok yarışlarının yeni mövsümünün püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticəsinə görə, birinci mərhələdən mübarizəyə qoşulacaq qadın həndbolçulardan ibarət “Azərsu” kollektivi “EHF kuboku” uğrunda yarışlarda Polşanın “Metrako Zaqlebie Lubin” komandası ilə qarşılaşacaq. İlk mərhələnin oyunlarının sentyabrın 8-9-da, cavab matçlarının isə 15-16-da keçirilməsi nəzərdə tutulub.
Qadın həndbolçulardan ibarət digər təmsilçimiz “Azəryol” “Çağırış kuboku” uğrunda turnirdə yarışacaq. Həndbolçularımızın rəqibi Türkiyənin “Ankara Yeniməhəllə BSK” klubu olacaq. Turnirdə yarışlar üçüncü mərhələdən start götürəcək və ilk qarşılaşmalar noyabrın 10-11-də, cavab görüşləri isə 17-18-də keçiriləcək.
Kişilər arasında “Çağırış kuboku” uğrunda yarışlarda isə ölkəmizi “Bakı” həndbolçuları təmsil edəcəklər. Paytaxtın eyniadlı komandası Bosniya və Herseqovinanın “RK Borak” kollektivi ilə üz-üzə gələcək. Komandalar yarışda ikinci mərhələdən mübarizəyə başlayacaqlar. İlk görüşlərin oktyabrın 6-7-də, cavab oyunlarının isə 13-14-də keçirilməsi gözlənilir.
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku uğrunda ilk oyunlarını keçiriblər
16.09.2018
Azərbaycanın qadın həndbolçulardan ibarət “Azərsu” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlarda ilk oyununu keçirib.
Təmsilçilərimiz turnirin birinci təsnifat mərhələsində Polşanın “Metrako Zaqlebie Lubin” komandası ilə qarşılaşıb. “Hala Vidoviskovo Sportova” arenasında keçirilən matç meydan sahiblərinin 27:21 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı ukraynalı hakimlər Anatoli Novikov və Valeri Rozkov idarə ediblər. EHF nümayəndəsi isə belaruslu Siarhei Kot olub.
Komandalar arasında cavab qarşılaşması sentyabrın 16-da, əvvəlcədən razılaşdırıldığı kimi, Polşada keçiriləcək.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
"Azəryol" inamlı qələbə qazanıb
2873
23.12.2017
“Qarabağ” favorit statusunu təsdiqlədi
1593
28.04.2024
Çempionatın iddialıları 5-ci turda üz-üzə gələcək
288
16.01.2026
Kişi həndbolçuların ölkə çempionatında IX turdan sonra turnir cədvəli
229
06.03.2026
Torpaq çərşənbəniz mübarək!
203
17.03.2026
Gürcüstan millisi Avropa çempionatına Bakıda hazırlaşır
1683
17.06.2025
Həndbol üzrə yeni mövsümə start verilir
460
06.11.2025
“Kür” inamla çempionluğa doğru irəliləyir
101
20.04.2026