Yeniyetmə həndbolçularımız “Challenge Trophy” turnirində növbəti oyunu keçiriblər

31.05.2018
2736
Paylaş:

Bosniya  və  Herseqovinanın  Tuzla  şəhərində  2000-2001-ci  il  təvəllüdlü  qızlar  arasında  keçirilən  “Challenge  Trophy”  yarışının  ikinci  turu  yekunlaşıb.

“B”  qrupunda  yarışan  həndbolçularımız  növbəti  oyun  günündə  Lüksemburq  millisi  ilə  üz-üzə  gəlib.  Gərgin  mübarizə  şəraitində  keçən  görüşdə  qalib  müəyyənləşməyib:  27:27.  “KSPC  Mejdan”da  keçirilən  qarşılaşmanı  macarıstanlı  Zsofia  Marton  və  Eszter  Szabo  idarə  edib.  Avropa  Həndbol  Federasiyasının  təmsilçiləri  isə  rusiyalı  Lyudmila  Bodniyeva  və  bolqarıstanlı  Rositza  Dimkova  olub.

Qrupun  digər  qarşılaşmasında  Bosniya  və  Herseqovina  seçməsi  Böyük  Britaniya  kollektivinə  34:20  hesabı  ilə  qalib  gəlib.

Komandamız  mayın  31-də  yekunlaşacaq  qrup  mərhələsinin  son  turunda   Böyük  Britaniya  kollektivi  ilə  qarşılaşacaq.  Digər  oyunda  ev  sahibləri  Lüksemburqla  üz-üzə  gələcəklər.

Qeyd  edək  ki,  “A”  qrupunun  oyunları  belə  nəticələnib:  Estoniya  -  Kipr  34:14,  Belçika  -  Moldova  37:28.  Qrup  mərhələsinin  son  turunda  Belçika  Kiprlə,  Estoniya  isə  Moldova  ilə  qarşılaşacaq.

 

Digər Xəbərlər

"Nur" gərgin mübarizədən qalib ayrıldı

2554 09.02.2018

17 yaşadək qızlar arasında "IHF Trophy" turniri: Kosovo-Azərbaycan 49:8

2541 11.10.2023

"Məhsul" liderliyi davam etdirir

2451 17.02.2020

Yeniyetmə qızlardan ibarət həndbol komandamız Rusiyada keçirilən festivala qatılıb

2564 06.06.2017

“Bakı”  Avropa Kubokunda ciddi sınaq qarşısında

573 10.10.2025

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz nüfuzlu yarışa təyinat alıblar

2443 22.09.2023

Avropa çempionatı: LUX (Lüksemburq) - FAR (Farer adaları) 24:24

2618 09.08.2023

Ölkə çempionatı: “İdman Akademiyası”-“Qarabağ” 29:28 (18:19)

132 14.04.2026