Qadın həndbolçuların Azərbaycan çempionatında 14-cü tur da arxada qalıb.
Son oyun günündə diqqətlər əsasən "Azəryol - "Azərsu" görüşündə idi. Çempionluğa iddialı rəqiblərin qarşılaşmasında daha yüksək əzmkarlıq göstərən "Azərsu" inamlı qələbə qazanıb - 38:26. "İdman Akademiyası" - "Qarabağ" matçında isə imkanları daha yüksək qiymətləndirilən "Qarabağ" azarkeşlərin etimadını doğruldub - 36:24.
Xatırladaq ki, turun açılış matçında Mingəçevirin "Nur" komandası "Gənclər Birliyi"ni böyük hesablı məğlubiyyətə uğratmışdı. "Kür" Olimpiya İdman Mərkəzində keçirilən qarşılaşma 44-18 hesabı ilə nəicələnmişdi.
14 turdan sonra aktivinə 24 xal yazdıran "Azərsu" çempionatın vahid lideridir. Ən yaxın izləyicisi "Azəryol" ondan 4 xalı geri qalır. "Qarabağ" komandası 17 xalla üçüncüdür. 4-cü yerdəki "Nur"un 16 xalı var. "Gənclər Birliyi" 4 xalla 5-ci pillədə qərarlaşıb. Autsayder "İdman Akademiyası" isə cəmi 2 xal toplayıb.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
Kişi həndbolçuların ölkə çempionatında II turdan sonra turnir cədvəli
23
15.12.2025
Həndbolçularımızın Krasnodar sınaqları davam edir
2425
08.02.2018
Həndbol komandalarımız məşqlərə başlayıblar
2094
06.09.2023
Həndbolçularımız Avropa çempionatının təsnifat turnirinə qələbə ilə başlayıblar
2328
12.01.2023
Avropa Kuboku: Qaliçanka (Ukrayna) - Azəryol (Azərbaycan) 32:16 (19:9)
1462
06.10.2024
“Azəryol” daha bir inamlı qələbə qazanıb.
2365
14.10.2017
“Kür” liderliyi davam etdirir
983
03.04.2025
Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov Avropa çempionatında
1925
30.06.2022