Azərbaycan Həndbol Federasiyası gənc hakimlərin beynəlxalq arenada təcrübə qazanmasına şərait yaratmaqda davam edir.
Bu məqsədlə, Yüksək Liqa hakimləri Ləman və Aydan Həmidova bacıları 22–29 iyul tarixlərində Portuqaliyanın Kovilya şəhərində keçiriləcək Universiada turnirində iştirak edəcəklər. Avropa Həndbol Federasiyasının “Gənc Hakimlər Layihəsi” çərçivəsində təşkil olunacaq yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq.
Hakimlərimiz qarşılaşmaları idarə etməklə yanaşı, təşkil olunan seminarda oyun qaydaları, fiziki hazırlıq və ingilis dili üzrə imtahan verəcək, həmçinin matçların idarə olunması ilə bağlı praktiki təhlillərə qatılacaqlar.
Xatırladaq ki, Ləman və Aydan Həmidova ötən il İsveçin Göteborq şəhərində keçirilən Açıq Avropa Çempionatında da hakimlik ediblər.
“Qarabağ” əzmkar qələbə qazandı
838
21.09.2024
Yeniyetmələrin həndbol yarışında favoritlər qalib gəliblər
1614
15.04.2017
Məktəblilər arasında həndbol üzrə turnir başa çatıb
2006
07.05.2019
"Azəryol" inamlı qələbə qazanıb
1695
23.12.2017
Çempionluq uğrunda mübarizə davam edir
270
09.05.2025
İslamiada: Kişi həndbolçularımız Səudiyyə Ərəbistanı ilə görüşdə məğlub olublar
1555
10.05.2017
Orxan Abbasov AHF-nin tədbirlərinə qatılacaq
2143
21.01.2020
Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsi başa çatıb
1678
17.12.2017