Qadın həndbolçulardan ibarət “Nur” komandası İsveçin “Luqi HK” kollektivinə qalib gəlib

17.09.2017
766
Paylaş:

Sentyabrın  17-də  qadın  həndbolçular  arasında  Avropa  Həndbol  Federasiyası  (EHF)  kuboku  uğrunda  Azərbaycan  təmsilçisi  “Nur”  İsveçin  “Luqi  HK”  komandası  ilə  növbəti  oyununu  keçirib.

Mingəçevirdə  “Kür  Olimpiya  Tədris-İdman  Mərkəzi”ndə  baş  tutan  oyun  komandamızın  üstünlüyü  ilə  yekunlaşıb.  Görüşün  ilk  dəqiqələrindən  təşəbbüsü  ələ  alan  komandamız  birinci  hissəni  beş  xal  fərqlə  öndə  bitirib:  15:10.  İkinci  hissə  daha  gərgin  mübarizə  ilə  yadda  qalıb.  Hər  iki  komandanın  maraqlı  və  qarşılıqlı  hücumları  şəaitində  keçən  oyunda  daha  dəqiq  oynayan  skandinaviyalılar  seti  17:14  hesabı  ilə  öz  xeyirlərinə  başa  vurublar.  Lakin  iki  hissənin  nəticəsinə  görə  29:27  hesabı  ilə  Azərbaycan  həndbolçuları  qalib  gəliblər.

Xatırladaq  ki,  sentyabrın  16-da  keçirilən  ilk  oyunda  komandalar  24:24  hesablı  bərabərliklə  kifayətlənməli  olmuşdular.  İki  oyunun  ümumi  nəticəsinə  görə  isə  Mingəçevir  təmsilçiləri  53:51  hesabı  ilə  güclü  rəqiblərini  məğlub  ediblər.

“Nur”  klubunun  hər  iki  oyununu  canlı  izləyən  Azərbaycan  Həndbol  Federasiyasının  (AHF)  prezidenti,  “Azəravtoyol”  Açıq  Səhmdar  Cəmiyyətinin  sədri  Saleh  Məmmədov  qarşılaşmadan  sonra  məşqçilər  və  komanda  üzvləri  ilə  görüşüb.  İnamlı  qələbə  münasibətilə  həndbolçuları  təbrik  edən  S.Məmmədov  bildirib  ki,  klubların  gücləndirilməsi  daim  diqqət  mərkəzindədir  və  onları  inkişaf  etdirmək  əsas  məqsədlərdən  biridir.  Qeyd  edilib  ki,  “Nur”  kollektivinin  daha  təcrübəli  rəqiblə  qarşılaşması  komandanın  inkişafına  səbəb  olacaq.  Görüş  zamanı,  həmçinin  əldə  olunmuş  bütün  nailiyyətlərin  Prezident  İlham  Əliyevin  idmana  göstərdiyi  diqqət  və  qayğının  nəticəsi  olduğu  vurğulanıb.

Federasiya  prezidenti  qısa  müddət  ərzində  formalaşan  komandanın  oyunundan  razı  qaldığını  ifadə  edərək  onlara  qarşıdakı  yarışlarda  uğurlar  arzulayıb.

Digər Xəbərlər

"Azəryol" "Challenge Cup” turnirində cavab oyununu keçirib

721 19.11.2018

“Bakı” həndbol komandasının “Çağırış kuboku” uğrunda yarışlarda keçirəcəyi oyunların tarixi dəqiqləşib

848 08.10.2018

“Azəryol” - “Ankara Yenimahalle BSK” görüşünün hakimləri açıqlandı

869 05.11.2018

Azərbaycan Həndbol Federasiyasının ofis ünvanı dəyişib

752 29.04.2017

İsgəndər Əsgərov növbəti təyinat alıb

292 12.10.2023

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirə yekun vurulub

862 10.05.2022

Çempionluq uğrunda gərgin mübarizə davam edir

625 21.04.2018

Həndbol üzrə Azərbaycan çempionatında növbəti qarşılaşma keçirilib

885 15.02.2019