Kişi həndbolçuların Azərbaycan çempionatında 15-ci tura “Azəryol” – “Bakı” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən açılış matçı gərgin və maraqlı mübarizə vəd edirdi. Liderlər qrupunda qərarlaşan komandaların oyununu referilər Ləman Həmidova ilə Aydan Hüseynova idarə edib. Görüşün deleqatı isə beynəlxalq dərəcəli hakim Ələkbər Ağakişiyev olub. Ötən tur Mingəçevirdə yerli “Kür”lə gərgin mübarizədən xalla ayrılan “Bakı” komandası bu oyuna da iddialı çıxsa da rəqibin ciddi müqaviməti ilə üzləşib. Hər iki komandanın ilk dəqiqələrdən təşəbbüsə yiyələnməyə çalışdığı görüşün birinci hissəsində azarkeşlər demək olar ki, bərabər səviyyəli oyun izləyiblər. Fasiləyə yaxın qapıya zərbələri daha dəqiq yerinə yetirən “Bakı” ilk hissəni 2 xallıq üstünlüklə başa vurmağı bacarıb - 17:15. Eldar Fərəcovun komandası
üstünlüyü ikinci hissədə də davam etdirməyə çalışıb. Amma, mübarizədən qopmayan “Azəryol” rəqibin fərqi artırmasına imkan verməyib. Matçın 43-cü dəqiqəsində hesabda irəli çıxan “Azəryol” inamlı oyun sayəsində təşəbbüsü ələ alıb. Qapıçı Əziz Mansurovun da seyvləri sayəsində fərqi artırmağa nail olan ev sahibləri azarkeşlərini qələbəyə ümidləndiriblər. “Bakı” hücumların kəsərini artırmaqla vəziyyəti dəyişməyə çalışsa da istəyini reallaşdıra bilməyib. Xüsusilə sona iki dəqiqədən də az qalmış Teymur Axundovun komandasını azlıqda qoyması matçın nəticəsinə təsirsiz ötüşməyib. Say üstünlüyündən yararlanan “Azəryol” gərgin qarşılaşmadan qələbə ilə ayrılıb – 38:34. Beləliklə, əzmkar qələbə qazanan “Azəryol” həm əsas rəqiblərindən birini 2 xal qabaqlayıb, həm də çempionluq yolunda önəmli addım atıb.
Bu gün qadın həndbolçuların Azərbaycan çempionatında da bir oyun keçirilib. 13-cü turun “Azəryol” - “İdman Akademiyası” görüşü gözlənildiyi kimi nominal ev sahibinin qələbəsi ilə nəticələnib. İlk hissəsi 27:14 hesabı ilə bitən qarşılaşmanın fasiləsindən sonra da üstünlüyü əldən verməyən “Azəryol” pərəstişkarlarını növbəti qələbə ilə sevindirib - 52:25.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Həndbol hakimlərimiz yeni təyinat alıblar
555
14.11.2025
Beynəlxalq turnir: "Azəryol” (Azərbaycan) – "Astana” (Qazaxıstan) 32:34
1906
29.08.2024
Gürcüstan millisi Avropa çempionatına Bakıda hazırlaşır
1713
17.06.2025
Ölkə çempionatı: “Təhsil” - “Azəryol” 23:25 (13:12)
217
14.02.2026
Azərbaycan kubokunda ilkin mərhələ yekunlaşdı
2446
30.01.2020
"Dinamo" ilə "Gənclər Birliyi" turu qələbə ilə başa vurdu
1563
10.02.2025
“Nur” komandası “Viborq” kollektivi ilə ilk oyununu keçirib
2884
14.10.2017
Prezident İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib
2824
08.01.2023