Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirilib

29.01.2024
2115
Paylaş:

Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirilib.


 Qadınların yarışında tura  “Bakı” – “Kür” görüşü ilə start verilib. Oyunun aşkar favoriti sayılan Mingəçevir təmsilçisi gözlənildiyi kimi aktivinə növbəti qələbəni yazdırıb - 44:12.


“İdman Akademiyası” – “Azəryol” matçı da daha təcrübəli həndbolçulardan ibarət olan komandanın xeyrinə nəticələnib. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol” meydançadan inamlı qələbə ilə ayrılıb – 17:40. Turun son qarşılaşmasında isə “Qarabağ” “Gənclər Birliyi”ni böyük hesablı məğlubiyyətə uğradıb - 39:10.


 “Qarabağ” 14 xalla çempionatın lideridir. “Azəryol”un 13, “Kür”ün 11 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-cü, 5-ci yerləri bölüşür. Autsayder “Gənclər Birliyi” hələ ki, xal qazana bilməyib.


Kişilərin çempionatında VIII tur “Təhsil” – “Kür” matçı ilə başlanıb. Qonaqların tam üstünlüyü ilə yadda qalan oyun 22:40 hesabı ilə nəticələnib. “Qarabağ” - “Azəryol” görüşündə ikincilərin qələbəsinə inananlar yanılmayıblar. İnamlı oyun göstərən “Azəryol” azarkeşlərinin etimadını doğruldub - 36:29.


 Turun ən gərgin və maraqlı qarşılaşması “Dinamo” və “İdman Akademiyası” komandaları arasında olub. Nominal ev sahibləri fasiləyə bir xallıq üstünlüklə yollansalar da görüş 26:26 hesabı ilə başa çatıb. Aktivində 14 xalı olan “Kür” çempionatın lideridir. “Azəryol” ondan 4 xal geri qalır. “Bakı” ilə “Qarabağ”ın hərəyə 8, “Dinamo” ilə “İdman Akademiyası”nın 3 xalı var. “Təhsil” 2 xalla autsayderdir.

Digər Xəbərlər

Azərbaycan çempionatında güzəştsiz mübarizə

2574 27.01.2018

Qadın həndbolçuların ölkə çempionatında VII turdan sonra turnir cədvəli

230 19.02.2026

“Azəryol” çempionluğun astanasında

1519 08.04.2025

Həndbol üzrə Azərbaycan çempionatı başlanır

2912 13.02.2017

Azərbaycan birinciliyinin zona yarışına start verilir

2007 09.05.2024

“Azəryol” və “Kür” ilk iki pilləni bölüşür

1812 16.01.2025

İslamiada: Millimizin finaldakı rəqibi Türkiyə komandası olacaq

2625 13.05.2017

Həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilir

2710 10.11.2022