Cəlilabad komandası respublika finalına vəsiqə qazanıb

06.01.2024
2453
Paylaş:

Lənkəran Olimpiya İdman Kompleksində 2008-ci il və ondan kiçik təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyinin zona yarışı keçirilib.
Açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman Şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov onları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Belə yarışların keçirilməsinin vacibliyini vurğulayan mütəxəssis komandalara uğurlar arzulayıb.
Açılış mərasimindən sonra Dövlət himni səsləndirilib. 
Ardınca komandalara Azərbaycan Həndbol Federasiyası tərəfindən geyim dəstləri və toplar hədiyyə edilib.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara komandaları mübarizə aparıb.
İki gün davam edən zona yarışlarının nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşib. 
Həlledici qarşılaşmada Lənkəran komandasına 13:4 hesabı ilə qalib gələn Cəlilabad kollektivi baş mükafatın sahibi olub.
3-cü yeri Masallı – Lerik görüşündə qələbə qazanan Lerik komandası tutub.
Astara həndbolçuları isə Yardımlı komandası ilə 5-6-cı yerlər uğrunda oyundan qalib ayrılıblar.
Reqlamentə əsasən, 1-ci və 2-ci yerlərin sahibləri iyun ayında Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Digər Xəbərlər

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub

2897 11.04.2022

Həndbol üzrə Azərbaycan çempionatında növbəti qarşılaşma keçirilib

2782 15.02.2019

"Bakı" komandası mübarizəni dayandırıb

2997 14.10.2018

Azərbaycan çempionatı: VII turun ilk oyun gününün nəticələri

2617 11.01.2024

"Gənclər Birliyi" bu dəfə də meydanı xalsız tərk etdi

2168 14.03.2024

Qadın həndbolçularımız rusiyalı rəqiblərinə qalib gəliblər

2726 01.05.2017

Azərbaycan çempionatı, XII tur: “Kür”- “Azəryol” 24:24 (13:11)

1555 26.01.2025

Hakimlərimiz beynəlxalq oyunda

2633 13.10.2019