Yeniyetmələr arasında Azərbaycan birinciliyinin zona yarışı başlanıb

05.01.2024
2283
Paylaş:

Yanvarın 5-də Lənkəran Olimpiya İdman Kompleksində 2008-ci il və ondan kiçik təvəllüdlü yeniyetmə oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışına start verilib.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astaradan olan komandalar mübarizə aparır. İlk oyun günündə iki qrup üzrə keçirilən altı qarşılaşmada qeydə alınan nəticələr belədir:
“Lənkəran” - “Astara” - 8:1, “Cəlilabad” - “Masallı” - 17:1,” Astara” - “Lerik” - 4:4, “Cəlilabad” - “Yardımlı” - 16:1, “Masallı” - “Yardımlı” - 10:2, “Lənkəran” - “Lerik” - 12:7.
Reqlamentə əsasən, 1-ci və 2-ci yerlərin sahibləri iyun ayında Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Digər Xəbərlər

Azərbaycan çempionatı: "Kür" – "Bakı" 26:25 (16:14)

1688 13.10.2024

Ölkə çempionatı: VIII turun nəticələri

229 21.02.2026

Yeniyetmə həndbolçuların final yarışlarına start veriləcək

2712 10.04.2017

Həndbolçularımız beynəlxalq turnirə hazırlaşırlar

2659 11.05.2021

“Kür” liderliyi davam etdirir

1308 03.04.2025

“Məhsul” “Təhsil”ə qalib gələrək liderə yaxınlaşıb

2790 28.03.2023

Avropa çempionatının ilkin təsnifat turnirinə yekun vurulub

2575 14.01.2023

Həndbol hakimlərimiz yeni təyinat alıblar

2881 26.08.2017