Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək. Yubiley çempionatında 7-si kişilərdən, 6-sı qadınlardan ibarət olmaqla 13 komanda mübarizə aparacaq.
Kişilərin 4 dövrədən ibarət 20 turluq yarışı iki mərhələdə baş tutacaq. İlkin mərhələni əhatə edəcək 14 turda komandalar iki dəfə bir-biri ilə qarşılaşacaqlar. İkinci mərhələdə isə ilk 4 yeri tutan komandalar və 5-7-ci pillələrdə qərarlaşan kollektivlər dairəvi sistemlə iki dəfə üz-üzə gələcəklər.
Qadın həndbolçular da 10 turdan ibarət ilkin mərhələdə və daha 6 turu əhatə edəcək ikinci mərhələdə eyni sistemlə mübarizə aparacaqlar. Yarışın həlledici oyunlarında “ilk dördlük”də qərarlaşan komandalar və 5-6-cı yerlərin sahibləri məsələyə aydınlıq gətirəcəklər.
Azərbaycan çempionatına noyabrın 9-da qadınlardan ibarət “Azəryol” – “Gənclər Birliyi” görüşü ilə start veriləcək. Kişilərin mübarizəsi isə noyabrın 11-də “İdman Akademiyası” – “Dinamo” matçı ilə başlanacaq.
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
"İdman Akademiyası"ndan inamlı qələbə
1502
28.04.2025
Qadın həndbolçularımız finalda Türkiyə millisi ilə görüşəcəklər
2488
13.05.2017
Xocalı soyqırımı - qan yaddaşımız!
2944
26.02.2024
Avropa çempionatı: LUX (Lüksemburq) - GRE (Yunanıstan) 23:30
2513
10.08.2023
Azərbaycan Həndbol Federasiyasında hakimlər üçün iclas keçirilib
2683
26.10.2022
Ölkə çempionatı: X turun nəticələri
317
11.03.2026
Azərbaycan və Şimali Makedoniya milli komandaları qarşılaşacaqlar
2248
03.04.2024
“Bakı-2017”: Qadın həndbolçulardan ibarət millimiz finalda
3168
13.05.2017