“Bakı-2017”: Qadın həndbolçularımız yarımfinala yüksəliblər

11.05.2017
2627
Paylaş:

Mayın  11-də  “Bakı-2017”  IV  İslam  Həmrəyliyi  Oyunlarının  həndbol  yarışlarının  qrup  mərhələsi  başa  çatıb.

Əvvəlcə  kişilər  arasında  "B"  qrupu  çərçivəsində  görüşlər  keçirilib.  Mərakeşə  25:22  hesabı  ilə  qalib  gələn  İraq  millisi  yarımfinala  yüksəlib.

Qrupun  digər  oyununda  İordaniya  ilə  qarşılaşan  Türkiyə  milisi  26:21  hesabı  ilə  qələbə  qazanıb.

Kişilər  arasında  “A”  qrupunun  ilk  oyununda  Səudiyyə  Ərəbistanı  Pakistanı  məğlub  edib  -  35:26.  Ardıcıl  üç  qələbə  qazanan  Səudiyyə  Ərəbistanı  qrup  lideri  kimi  növbəti  mərhələyə  vəsiqəni  təmin  edib.  Digər  oyunda  isə  millimizə  35:22  hesabı  ilə  qalib  gələn  Əlcəzair  həndbolçuları  yarımfinala  adlayıblar.

Qadınların  mübarizəsində  Özbəkistan  ilə  qarşılaşan  Kamerun  kollektivi  inamlı  qələbə  qazanıb  -  41:25.

Gərgin  mübarizə  ilə  yadda  qalan  Azərbaycan  -  Türkiyə  matçı  isə  həndbolçularımızın  27:22  hesablı  qələbəsi  ilə  yekunlaşıb.

Kişi  həndbolçuların  mayın  12-də  keçiriləcək  təsəlliverici  görüşlərində  Pakistan  İordaniya  ilə,  Azərbaycan  Mərakeş  ilə  qarşılaşacaq

Yarımfinal  oyunları  isə  mayın  13-də  keçiriləcək.

 

                     

Digər Xəbərlər

“Bakı” həndbol komandasının “Çağırış kuboku” uğrunda yarışlarda keçirəcəyi oyunların tarixi dəqiqləşib

2780 08.10.2018

Avropa çempionatı: Bosniya və Herseqovina - Litva 37:40

2770 06.08.2023

Azərbaycan cempionatında daha 4 oyun keçiriləcək

1491 02.05.2025

Azərbaycan çempionatı: IV turun son oyunlarının nəticələri

2775 09.12.2023

Milli komandamızın dünya çempionatının ilkin təsnifat mərhələsindəki rəqibləri məlumdur

2695 27.06.2018

"Məhsul" liderliyi davam etdirir

2515 17.02.2020

Hakimlərimiz “Challenge Cup” turnirinin final matçında

2602 02.05.2018

Şəhidlərimizi dərin ehtiramla yad edirik!

2474 27.09.2023