Azərbaycan çempionatında təxirə salınmış oyunlar keçirilib

22.05.2023
607
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış oyunlar keçirilib.
IX turun “Dinamo” – “Təhsil” matçı daha gərgin mübarizə ilə yadda qalıb. Fasiləyə 1 xal fərqi ilə geridə yollanan “dinamoçular” çətinliklə də olsa vəziyyəti dəyişə biliblər – 33:32.  Çempionatın lideri “İdman Akademiyası” növbəti qələbəni “Məhsul”la oyunda rəsmiləşdirib - 26:23. “Bakı” - U-16 görüşündə isə favorit statusunu təsdiqləyən nominal ev sahibi inamlı qələbə qazanıb – 49:21.
“Təhsil”lə “Dinamo”nun X turdakı dueli də gərgin və maraqlı mübarizə şəraitində keçib. Əsas vaxtı 29:29 hesabı ilə bitən görüşün taleyi penaltilər seriyasında müəyyənləşib. Burada isə daha dəqiq oynayan “Təhsil” IX turdakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb – 32:30. “İdman Akademiyası” bu turda “Məhsul”a 23:24 hesabı ilə məğlub olduğu halda, “Bakı” U-16 komandası üzərində 37:24 hesablı qələbə qazanıb. 
İdman Akademiyası 57 xalla yarış cədvəlinə başçılıq edir. İkinci pillədəki “Dinamo” liderlə xal fərqini 5-ə endirib. “Təhsil”lə “Məhsul”un hərəyə 44 xalı var. “Bakı” 25 xalla 5-cidir. Aktivlərində cəmi 6 xal olan RİOEUGİM və “U-16” autsayderdir.

Digər Xəbərlər

Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə başlanıb

621 15.12.2017

17 yaşadək qızlar arasında "IHF Trophy" turniri: Azərbaycan - Bolqarıstan 25:48

357 13.10.2023

Avropa çempionatı: GRE (Yunanıstan) - GEO (Gürcüstan) 29:17

440 13.08.2023

"Qarabağ" növbəti qələbəni qazandı

632 21.11.2019

Həndbol üzrə XXIX Azərbaycan kuboku yarışının açılış mərasimi olub

717 11.05.2023

Yeniyetmə həndbolçuların final yarışlarına start veriləcək

612 10.04.2017

“Bakı” həndbol komandasının “Çağırış kuboku” uğrunda yarışlarda keçirəcəyi oyunların tarixi dəqiqləşib

841 08.10.2018

Bakıda həndbol dərsləri keçiriləcək

794 05.08.2018