“Məhsul” “Təhsil”ə qalib gələrək liderə yaxınlaşıb

28.03.2023
2790
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir. Həftəsonu yarışın daha 6 qarşılaşması olub. XXI turun “Məhsul” – “Təhsil” görüşü daha gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Fasiləyə 7:6 hesablı üstünlüklə yollanan “Məhsul” rəqibin ciddi müqavimətinə baxmayaraq oyunu qələbə ilə bitirməyi bacarıb -  23:20. Turun digər görüşlərində favoritlər asan qələbə qazanıblar.  “Dinamo” U-16-nı 48:22, “Bakı” RİOEUGİM-i 43-28 hesabı ilə məğlub edib.
“Təhsil” və “Məhsul” komandalarının XXII turdakı dueli də gərgin mübarizə şəraitində keçib. “Təhsil” yüksək əzmkarlığa baxmayaraq bu görüşdə də məğlubiyyətlə barışmalı olub – 21:22. Turun digər oyunlarında “Dinamo”  U-16 komandasına 62:28, “Bakı” RİOEUGİM-ə 39:31 hesabı ilə qalib gəlib.
“İdman Akademiyası” 45 xalla çempionatın lideridir. “Məhsul” ondan 4 xal geri qalır. “Dinamo” 36 xalla 3-cü, “Təhsil” 27 xalla 4-cü yerdədir. 
“Bakı” 7 xalla 5-ci pillədə qərarlaşıb.  RİOEUGİM ilə U-16-nın hərəyə 3 xalı var.

Digər Xəbərlər

Zəfər Gününə həsr olunmuş zona yarışı başa çatıb

2430 08.11.2022

“Azəryol” “Qarabağ”ın müqavimətini çətinliklə qırıb

2702 02.02.2019

Məşqçilərsiz qalan “Azəryol”dan əzmkar qələbə

2334 16.03.2024

“Azəryol” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb

2644 25.11.2017

“Azəryol” və “Kür” şərikli liderdir

1768 22.01.2025

Qadın həndbolçulardan ibarət “Nur” komandası İsveçin “Luqi HK” kollektivinə qalib gəlib

2676 17.09.2017

Azərbaycan çempionatının VII turunun iki oyunu canlı yayımda

1900 06.12.2024

Kişi həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli

2734 24.01.2024