Azərbaycan çempionatında növbəti turların oyunları keçirilib

20.03.2023
2577
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatının lideri “İdman Akademiyası” uğurlu oyunlar seriyasını davam etdirir. Tələbələr XIX turda “Təhsil” ilə qarşılaşıblar. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş 30:25 hesabı ilə “İdman Akademiyası”nın xeyrinə nəticələnib.
Turun U-16 – “Məhsul” görüşü də nominal qonaqların qələbəsi ilə başa çatıb - 44:18. “Dinamo” isə RİOEUGİM komandasını 47:25 hesabı ilə məğlub edib. 
XX turun oyunlarında da gözlənilməz nəticə qeydə alınmayıb. “Təhsil” bu turda da “İdman Akademiyası”na ciddi müqavimət göstərsə də məğlubiyyətdən qurtula bilməyib  22:26. “Məhsul” U-16-ya bu dəfə 36: 22, “Dinamo” RİOEUGİM-ə 48:17 hesabı ilə qalib gəlib.
Aktivində 45 xal olan “İdman Akademiyası” çempionatın vahid lideridir. “Məhsul” 35 xalla ikinci, “Dinamo” 30 xalla üçüncü pillədə qərarlaşıb. 4-cü yerdəki “Təhsil”in 27 xalı var. RİOEUGİM-lə U-16 komandası hərəyə 3 xalla 5-ci, 6-cı yerləri bölüşür. “Bakı” 1 xalla çempionatın autsayderidir.

Digər Xəbərlər

Qazaxıstan klubu Bakıda daha iki yoxlama oyunu keçirdi

1673 05.11.2024

Seçmə komandamız 3 yoxlama görüşü keçirib

2902 24.05.2018

Həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək

1788 11.09.2024

Avropa kuboku: Kür (Azərbaycan) - Sao Pedro do Sul (Portuqaliya) 23:31 (13:14)

616 05.10.2025

Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir

339 24.02.2026

“Kür” liderlik mövqeyini qorudu

2102 15.04.2024

Çempionluq mübarizəsi gərgin xarakter alır

181 29.04.2026

Aleksandr Revva: “Müdafiədə zəif çıxışımız məni çox təəccübləndirdi”

612 07.10.2025