Həndbol üzrə Bakı şəhər birinciliyinə start verilib

26.01.2023
838
Paylaş:

2 fevral - Gənclər Günü münasibəti ilə “AHF Arena”da həndbol üzrə 9 komandanın (5 qız, 4 oğlan) iştirakı ilə  2008-2009-cu il təvəllüdlü və daha kiçik yaşlı yeniyetmə oğlanlar və qızlar arasında həndbol üzrə Bakı şəhər birinciliyinə start verilib.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və AHF-nin birgə təşkilatçılığı ilə keçirilən yarışda Respublika Kompleks İdman Məktəbinin (RKİM) komandası,  2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri, 6 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) həndbolçuları iştirak ediblər.
Yarışın ilk günündə qızlardan ibarət komandalar iki, oğlanlar isə bir dəfə meydana çıxmaqla, ümumilikdə üç oyun keçirilib. Açılış matçında 6 saylı İOEUGİM-1 və 6 saylı İOEUGİM- 2 komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyun 6 saylı İOEUGİM-1  həndbolçularının 14:12 hesablı qələbəsi ilə yekunlaşıb.
Dairəvi sistem ilə keçirilən yarışın açılış mərasimində AHF-nin baş katibi Yusif Atakişiyev, beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov,  Olimpiya çempionu Lyudmila Şubina və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. 
Açılış mərasimindən sonra oğlanlar arasındakı  qarşılaşmada 6 saylı İOEUGİM-1 komandası 6 saylı İOEUGİM- 2-ni 17:4 hesabı ilə məğlub edib.
Günün son görüşündə 6 saylı İOEUGİM-1  6 saylı İOEUGİM-3 komandası üzərində qələbə qazanıb – 25:4. 
Birincilik Bakı şəhərində həndbol idman növünün təbliği və inkişaf etdirilməsi,   idman təşkilatlarında təlim–məşq işinin təkmilləşdirilməsi, şəhər yığma komandasına namizədlərin seçilməsi, yeniyetmə və gəncləri həndbol üzrə müntəzəm məşğul olmağa cəlb etmək və ustalıq səviyyəsini artırmaq   məqsədini daşıyır.
Fevralın 1-dək davam edəcək yarışların qaliblərinə  diplomlar və medallar veriləcək.

Digər Xəbərlər

Azərbaycan çempionatına yekun vuruldu

575 28.04.2018

"Məhsul"  əsas rəqibini üstələdi

641 18.01.2020

"Məhsul” və “Bakı” komandaları rəqibləri üzərində asan qələbə qazanıblar

721 24.11.2018

Favoritlər etimadı doğruldublar

603 21.01.2018

18 noyabr 2023-cü il tarixində Azərbaycan çempionatı üzrə keçirilən oyunların nəticələri

299 18.11.2023

Həndbol üzrə qadınlardan ibarət millilərinin Avropa zonası üzrə seçmə mərhələsinin oyunları başlanılıb

617 03.11.2022

Cəlilabad komandası respublika finalına vəsiqə qazanıb

190 06.01.2024

Lider mövqeyini bir qədər də möhkəmlədib

706 03.11.2018