2026-cı il Avropa çempionatının təsnifat turnirində növbəti oyunlar keçirilib

13.01.2023
616
Paylaş:

Milli komandamızın Böyük Britaniya, Kipr və Malta seçmələri ilə birgə yer aldığı qrupda ikinci turun oyunları keçirilib. Bakı İdman Sarayında təşkil olunan yarışın növbəti günündə əvvəlcə Kipr və Malta komandaları üz-üz gəliblər. İlk turda Böyük Britaniya seçməsi ilə oyundan heç-heçə ilə ayrılan Kipr həndbolçuları bu görüşdə qələbə qazanıblar – 47:26.
Günün ikinci oyununda Azərbaycan millisi Böyük Britaniya kollektivi ilə qarşılaşıb. Turnirə Malta seçməsi üzərində qələbə ilə başlayan komandamız bu görüşdə də etimadı doğrultmaq əzmində idi. Gərgin mübarizə ilə yadda qalan oyunun ilk hissəsi britaniyalıların 16:8 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra vəziyyəti dəyişməyə çalışan həndbolçularımız yüksək əzmkarlıq göstərsələr də, oyun Böyük Britaniya komandasının qələbəsi ilə nəticələnib - 39:22.
Gənclər və idman naziri Fərid Qayıbov və AHF-nin vitse-prezidenti Orxan Abbasov tərəfindən görüşün ən yaxşı oyunçularına xüsusi mükafatlar təqdim olunub.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq. Saat 12:45-də Böyük Britaniya - Malta görüşü başlanacaq. Saat 15:00-da isə Kipr və Azərbaycan komandaları meydançaya çıxacaqlar.

Digər Xəbərlər

Favoritlər növbəti qələbəni qazanıblar

721 17.03.2019

Avropa çempionatı: LTU (Litva) - GEO (Gürcüstan) 37:23

426 07.08.2023

Liderlərin növbəti qələbəsi

674 09.12.2019

Həndbolçularımız Bolqarıstanda ilk qələbəni rəsmiləşdiriblər

640 13.06.2017

Hakimlərimiz növbəti təyinat alıblar

798 24.02.2020

"Qarabağ"-"Azərsu" görüşündə gərgin mübarizə qeydə alınıb

665 02.12.2017

Həndbol üzrə XXVIII Azərbaycan çempionatına kişi idmançıların mübarizəsi ilə start verilib

710 21.03.2022

Həndbol ictimaiyyətinə ağır itki üz verib

1136 27.09.2019