Həndbol üzrə 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsində çıxış edəcək kişilərdən ibarət Azərbaycan milli komandası məşqlərə başlayıb.
“AHF Arena”da təşkil olunan hazırlıq prosesinə 16 idmançı qatılıb.
Məşqlər seçmə komandanın baş məşqçisi Nasser Salimi və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə həyata keçirilir.
Dekabrın 8-dən etibarən Gürcüstana yollanacaq millimiz növbəti təlim-məşq toplanışını qonşu ölkədə keçirəcək. Dekabrın 16-dək davam edəcək hazırlıq çərçivəsində “Dostluq” turnirinin təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan millisi Bakı İdman Sarayında keçiriləcək təsnifat mərhələsinə yanvarın 13-də Malta seçməsi ilə oyunla start verəcək. Ertəsi gün Böyük Britaniya komandası ilə görüşəcək həndbolçularımız yanvarın 15-də Kipr kollektivi ilə üz-üzə gələcəklər.
26.03.2024
“Kür” yenidən zirvəni ələ keçirdi...
25.03.2024
Lider inamlı qələbə qazandı...
“ABU Arena” idman kompleksi “AHF Arena” kimi fəaliyyətə başlayacaq
667 15.09.2022
Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirilib
116 29.01.2024
Avropa Kuboku: Azeryol HC - ZRK Krivaja 25:26
348 01.10.2023
“Azəryol”la “Bakı” çempionluğu rəsmiləşdirdi
645 24.04.2022
İsgəndər Əsgərovun 60 yaşı tamam olur
805 02.06.2019
Həndbol üzrə XXVII ölkə çempionatı başladı
667 09.10.2019
“Qarabağ” həndbol klubu “İdman Akademiyası” komandasını məğlub edib
1414 14.11.2018
Bakıda çimərlik həndbolu üzrə beynəlxalq seminar təşkil olunacaq
620 03.08.2017