XXIX Azərbaycan çempionatına kişi həndbolçuların mübarizəsi ilə start verilib

11.11.2022
609
Paylaş:

Noyabrın 12-də həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilib.
“AHF Arena” idman kompleksində keçirilən yarışın açılış mərasimi iştirakçıların paradı ilə başlanılıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov AHF-nin prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun adından iştirakçıları yarışın başlanması münasibətilə təbrik edib. O, turnirin həndbolun inkişafına təkan verəcəyinə ümidvar olduğunu söyləyərək komandalara uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov növbəti ölkə çempionatından sağlam rəqabət və maraqlı idman mübarizəsi gözlədiklərini bildirib. Nazirlik rəsmisi komanda sayının artırılmasının buna zəmin yaradacağını vurğulayıb.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra turnir açıq elan edilib.
Azərbaycan çempionatı kişilərin yarışı ilə start götürüb. Açılış matçında “Təhsil” “U-16” üzərində inamlı qələbə qazanıb – 49:19. Ardınca meydançaya “Məhsul” və “Bakı” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan oyun 29:28 hesabı ilə “Məhsul”un xeyrinə başa çatıb. “İdman Akademiyası” – RİOEUGİM görüşündə isə nominal ev sahibi qələbə çalıb – 46:28.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda ümumilikdə 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16) və 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) kollektivi mübarizə aparacaq.

Digər Xəbərlər

Azərbaycan çempionatı: VIII turun oyun cədvəli

142 25.01.2024

“Nur” növbəti qələbəsini qazanıb

663 15.03.2018

Ramazan bayramınız mübarək!

83 10.04.2024

Yeniyetmələr arasında həndbol üzrə növbəti görüşlər keçirilib

763 04.06.2022

U-16 komandamız olimpiya festivalına hazırlığı davam etdirir

844 19.06.2019

Həndbol üzrə Azərbaycan çempionatına hazırlıq planı müzakirə olunub

655 11.03.2022

Həndbol üzrə XXIX Azərbaycan çempionatına yekun vurulub

685 29.05.2023

Avropa çempionatı: LTU (Litva) - ESP (İspaniya) 19:41

375 12.08.2023