Həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilir

10.11.2022
2697
Paylaş:

Noyabrın 12-də həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilir.


Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarış “AHF Arena” idman kompleksində keçiriləcək.


Aprelin 30-dək davam edəcək çempionatda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda qüvvəsini sınayacaq.


"Dairəvi” sistem ilə keçirilən turnir dörd dövrədən ibarətdir.


Azərbaycan Həndbol Federasiyası tərəfindən təyin olunan hakimlər kollegiyasının idarə etdiyi yarışlarda yeni qaydalar tətbiq olunacaq.


Əsasnaməyə uyğun olaraq, komandaya qələbəyə görə üç xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək.


Qalib komanda iki, məğlub isə bir xal qazanacaq.


Çempionatda ilk üç yeri tutan həndbolçular nazirliyin diplomları və Azərbaycan Həndbol Federasiyasının medalları ilə təltif olunacaq. Həmçinin qaliblərə federasiya tərəfindən qiymətli hədiyyələr veriləcək.


Kişilər arasında 28, qadınlar arasında isə 20 tur oynanılacaq.


Çempionat ölkəmizdə həndbolun populyarlaşması və inkişaf etdirilməsi, idman təşkilatlarında təlim–məşq işinin təkmilləşdirilməsi, məşqçilərin və mütəxəssislərin peşəkarlığının, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək ən güclü və perspektivli idmançıların aşkarlanması məqsədini daşıyır.

Digər Xəbərlər

Qadın həndbolçularımız İslamiadada tarix yazdılar

2600 14.05.2017

Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunları keçirilib

2952 03.04.2022

Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub

2661 01.05.2022

Avropa çempionatı: Azərbaycan - Sloveniya 06:58

2756 06.08.2023

Yeniyetmə həndbolçuların Bakı birinciliyi başa çatıb

2900 30.01.2018

Azərbaycanın qadın həndbolçuları qələbə seriyasını davam etdiriblər

2729 11.08.2022

U18 Avropa çempionatı: Azərbaycan - Belçika 16:40

1900 13.08.2024

Gənc həndbolçularımız Kosovada güclərini sınayacaqlar

481 24.11.2025