Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Ernest və Emil Ağakişi ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər.
Söhbət qadın həndbolçuların Avropa Həndbol Federasiyası kuboku uğrunda turnirindən gedir.
Ağakişi qardaşları Yunanıstanın “PAOK” və Şimali Makedoniyanın “WHC Metalurq” komandalarının görüşünə təyinat alıblar. Onlar Saloniki şəhərində keçiriləcək görüşdə söz sahibi olacaqlar. Gərgin mübarizə vəd edən qarşılaşma oktyabrın 8-də keçiriləcək.
Xatırladaq ki, bu, Ernest və Emil Ağakişi qardaşlarının Avropa Həndbol Federasiyasının bayrağı altında keçirilən turnirlərə növbəti təyinatıdır.
Sözügedən həndbol hakimlərimizin yetirincə beynəlxalq təcrübəsi var.
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
U-16 komandamız olimpiya festivalına hazırlığı davam etdirir
2751
19.06.2019
Həndbol hakimimiz beynəlxalq sertifikata layiq görülüb
2786
07.11.2017
Favoritlər turu qələbə ilə başa vurdular
2912
11.11.2018
Yeniyetmə həndbolçuların 14-cü açıq Avropa çempionatına yekun vurulub
2559
07.07.2018
“Azəryol” həndbol komandası Lüksemburqun “HB Düdelanj” klubu ilə qarşılaşacaq
2526
02.11.2017
"Məhsul" qələbə seriyasını davam etdirir
2594
11.11.2019
Avropa çempionatı: Yunanıstan - İsrail 22:28
2700
07.08.2023
"Qarabağ"ın üzvü "Kür"ə keçdi
1391
08.09.2025