Azərbaycan Həndbol Federasiyasının ofis ünvanı dəyişib

29.04.2017
741
Paylaş:

Azərbaycan  Həndbol  Federasiyasının  (AHF)  “ABU  Arena”da  fəaliyyət  göstərən  ofisi  yeni  ünvana  köçürülüb.

Federasiya  daha  rahat,  geniş  və  müasir  standartlara  cavab  verən  yeni  ofisdə  fəaliyyət  göstərəcək.  Hazırda  federasiya  son  dərəcə  əlverişli  məkanda  -paytaxtın  Heydər  Əliyev  və  Ziya  Bünyadov  prospektlərini  birləşdirən  avtomobil  yolunda  yerləşən  “SDN”  Biznes  Mərkəzində   fəaliyyətini  davam  etdirir.  Müasir  avadanlıqlarla  təmin  olunan  və  yeni  üslubda  tərtib  edilən  ofis  mərkəzin  14-cü  mərtəbəsindədir.  Ofisin  foyesində  federasiyanın  fəaliyyətini  əks  etdirən  guşə  yaradılıb.

Mükəmməl  infrastruktura  malik  ofisdə  fəaliyyət  üçün  hərtərəfli  şərait  var.

Digər Xəbərlər

Kişi həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra turnir cədvəli

249 26.12.2023

“Azəryol” liderlə xal fərqini azaldıb

749 24.02.2019

Hakimlər kollegiyasının iclası keçirilib

651 04.03.2022

Yeniyetmə həndbolçuların final yarışlarına start veriləcək

614 10.04.2017

Azərbaycan çempionatı: V turun ilk oyun gününün nəticələri

194 15.12.2023

2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Litva - Azərbaycan 41:26

121 03.03.2024

Prezident İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib

558 08.01.2023

U-16 komandamız olimpiya festivalına hazırlığı davam etdirir

838 19.06.2019