Həndbol üzrə milli komandalar, həmçinin klublar oyunlarını yenilənmiş “AHF Arena”da keçirəcəklər.
2004-cü ildə sırf həndbol üçün istismara verilən “ABU Arena”da tikildiyi dövrdən heç bir təmir işləri aparılmadığından normal fəaliyyət göstərmək mümkün deyildi. Hazırda Azərbaycan Həndbol Federasiyası tərəfindən idman kompleksində təmir-bərpa işləri həyata keçirilir. Təmir işlərindən sonra "AHF Arena" kimi fəaliyyətini davam etdirəcək kompleksdə komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait yaranacaq. Komandaların maddi-texniki bazasının yaxşılaşdırılmasına və həndbolun inkişafına hesablanan müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Bununla da, həndbolsevərlər həm, Azərbaycan çempionatının, həm də, Avrokubok oyunları və milli komandaların seçmə mərhələ görüşlərini yenilənmiş “AHF Arena”da izləmək imkanı qazanacaqlar.
Qeyd edək ki, iyunun 7-8-də Avstriyanın Vyana şəhərində Avropa Həndbol Federasiyasının baş ofisində qurumun prezidenti Mixael Viederer və Azərbaycan Həndbol Federasiyanın prezidenti Saleh Məmmədovun iştirakı ilə keçirilən görüşdə Avropa çempionatının Bakıda təşkil olunması ilə bağlı müzakirələr aparılıb. Qitə miqyaslı mötəbər yarışın paytaxtımıza həvalə olunması çox yüksək qiymətləndirilir.
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
Azərbaycan cempionatında daha 4 oyun keçiriləcək
1485
02.05.2025
Azərbaycan çempionatı: IX turun ilk oyun gününün nəticələri
1587
21.12.2024
“Nur” komandasının Avrokubok oyunlarındakı hakimləri məlumdur
2520
26.08.2017
"Azəryol" Azərbaycan çempionudur
1363
17.05.2025
Yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyi keçiriləcək
2804
01.06.2022
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
2985
31.03.2024
Avropa Kuboku: “Azəryol” (Azərbaycan) – “Brixen” (İtaliya) 22:43
2686
20.10.2023
Azərbaycan Həndbol Federasiyası ilin ən yaxşı federasiyası seçilib
2771
20.12.2017