Azərbaycanın qadın həndbolçuları "Konya-2021"ə qələbə ilə başlayıblar

07.08.2022
831
Paylaş:

Türkiyənin  Konya  şəhərində  İslam  Həmrəyliyi  Oyunları  davam  edir.  Mükafatlara  namizədlərdən  sayılan  qadın  həndbolçulardan  ibarət  millimiz  ilk  oyunda  Kamerun  seçməsi  ilə  qarşılaşmalı  idi.  Rəqib  meydana  çıxmadığından  millimizin  aktivinə  qələbə  yazılıb.
Avqustun  9-da  Əfqanıstan  seçməsi  ilə  üz-üzə  gələcək  komandamız,  qrup  mərhələsinin  avqustun  11-də  olacaq  son  turunda  İran  kollektivi  ilə  görüşəcək.
Həndbol  yarışlarında  yarımfinal  görüşləri  avqustun  13-də,  mükafatlar  uğrunda  oyunlar  avqustun  14-də  olacaq.
Xatırladaq  ki,  Konyada  keçiriləcək  mötəbər  yarışa  avqustun  18-də  yekun  vurulacaq.


             

Digər Xəbərlər

"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında

764 02.03.2019

Həndbol üzrə Azərbaycan çempionatına hazırlıqla bağlı müzakirələr aparılıb

674 02.02.2017

Həndbol hakimlərimiz EHF kuboku oyununu idarə edəcəklər

615 30.08.2017

AHF nümayəndəsi Türkiyəyə yollanacaq

667 06.02.2017

Azərbaycan çempionatı: VIII turun oyun cədvəli

137 25.01.2024

"Məhsul"la "Bakı"dan növbəti qələbə

588 28.01.2018

"Qarabağ" turu qələbə ilə başa vurdu

623 27.03.2018

Avropa Kuboku: Garabagh HC - KH-7 BM. Granollers 15:48

328 30.09.2023