Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub

11.04.2022
725
Paylaş:

Həndbol  üzrə  Azərbaycan  çempionatı  davam  edir.

Şağan  Olimpiya  Kompleksində  keçirilən  yarışın  növbəti  oyun  günündə  meydançaya  əvvəlcə  kişilərdən  ibarət  "Məhsul"  və  "Bakı"  komandaları  çıxıblar.  Gərgin  mübarizə  vəd  edən  görüşdə  çempionatın  liderinə  bəslənən  ümidlər  özünü  doğruldub.  "Məhsul"un  ciddi  müqavimətinə  rəğmən  sonadək  yüksək  əzmkarlıq  göstərən  "Bakı"  matçı  qələbə  ilə  başa  vurub  -  28-25.

U-18  İdman  Akademiyası  -  "Təhsil"  görüşü  də  maraqlı  idman  mübarizəsi  şəraitində  keçib.  Oyuna  qələbə  əzmi  ilə  çıxan  "tələbələr"  çətinliklə  də  olsa  tapşırığı  yerinə  yetiriblər.  Oyun  27-25  hesabı  ilə  başa  çatıb.

"Gənclər  Birliyi"   -  U-16  matçında  nominal  qonaqların  imkanları  yüksək  qiymətləndirilirdi.  Bütün  oyun  boyu  təşəbbüsü  əldən  verməyən  U-16  komandası  bu  cür  düşünənlərin  yanılmadığını  inamlı  qələbə  ilə  sübut  edib  - 32:17.

Qadın  həndbolçuların  yarışında  da  növbəti  turun  görüşləri  favoritlərin  üstünlüyü  ilə  yadda  qalıb.  "Qarabağ"  - "İdman  Akademiyası"  matçında  rəqibi  əksər  komponentlərdə  geridə  qoyan  "Qarabağ"  28:18  hesablı  qələbə  çalıb.

"Azərsu"  -  "Azəryol"  qarşılaşmasında  isə  çempionatın  əsas  favoriti  pərəstişkarlarını  sevindirib.  "Azərsu"  həndbolçuları  daha  keyfiyyətli  oyun  nümayiş  etdirən  rəqibin  qarşısını  almaqda  çətinlik  çəkiblər  -  12:32.

Kişi  həndbolçuların  6-cı  turunun  oyunlarında  isə  "Bakı"  –  "Gənclər  Birliyi"nə  33:26,   U-16 -  U-18  İdman  Akademiyasına  28:25, "Təhsil" "Məhsul"a   31:26  hesabı  ilə  qalib  gəlib.

 

                                             

 

Digər Xəbərlər

2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycan - İspaniya 18:38

324 14.10.2023

Lider mövqeyini bir qədər də möhkəmlədib

714 03.11.2018

Çempionluq uğrunda gərgin mübarizə davam edir

625 21.04.2018

Azərbaycan Həndbol Federasiyasının yeni loqotipi hazırlanıb

712 08.02.2017

Azərbaycan çempionatı: IV turun oyun cədvəli

294 01.12.2023

“Azərsu” vahid liderliyə yüksəldi

777 09.02.2019

“Qarabağ” da lideri dayandıra bilmədi

829 16.02.2019

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirə yekun vurulub

862 10.05.2022