Fevralın 3-də Azərbaycan Həndbol Federasiyasının ümumi yığıncağı keçirilib. Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra, Azərbaycan Həndbol Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Saleh Məmmədov yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.
Yığıncaqda həmçinin Orxan Abbasov və Rəfiqə Şabanova federasiyanın vitse-prezidentləri seçiliblər. Konfransda Həndbol Federasiyası İdarə Heyətinə də seçkilər keçirilib. İsgəndər Əsgərov, Ernest Ağakişi, Vaqif Əliyev, Ələkbər Ağakişiyev, Lyudmila Şubina və Vidadi Əliyev İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib. Yığıncaqdan sonra federasiya prezidenti Saleh Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Astana (Qazaxıstan) - Azərbaycan 31:28 (18:14)
2301
21.05.2024
"Qarabağ" "Kür"ə, "Azəryol" "Bakı"ya qalib gəldi
1597
03.05.2025
Ölkə çempionatı: XI turun ilk oyun gününün nəticələri
258
16.03.2026
Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov Türkiyədə keçiriləcək oyuna dəvət alıb
2705
30.12.2021
“Qarabağ” və “Azəryol” kollektivləri növbəti qələbəni rəsmiləşdiriblər
2584
08.11.2017
Komandalarımızın Avropa kuboklarındakı rəqibləri məlumdur
2779
18.07.2017
Liderlər qrupunun komandaları 7-ci turda üz-üzə gəlir
232
13.02.2026
Azərbaycan kuboku turnirinin ilk günündə bir oyun keçirilib
1259
18.09.2025