Həndbolçularımız Tbilisidə keçiriləcək mötəbər yarışa qatılacaqlar

22.04.2021
649
Paylaş:

Seçmə  komandamız  iyun  ayında  Gürcüstanın  paytaxtı  Tbilisidə  təşkil  olunacaq  mötəbər  yarışa  hazırlaşır.  Söhbət  Avropa  Həndbol  Federasiyasının  Trofi  turnirindən  gedir.  Komandamız  yarışa  yüksək  səviyyədə  hazırlığı  təmin  etmək  məqsədi  ilə  həftədə  5  dəfə  məşq  edir.  Baş  məşqçi  Vidadi  Əliyevin  rəhbərliyi  ilə  keçirilən  toplanışa  17  həndbolçu  dəvət  olunub.  Seçmə  komandamız  aprelin  30-dək  Bakıda  davam  edəcək  məşqlərlə  kifayətlənməyəcək.  Mayın  5-dən  21-dək  Gürcüstanda  təlim-məşqə  qatılacaq  milli,  həmin  toplanış  çərçivəsində  keçiriləcək  beynəlxalq  turnirdə  də  qüvvəsini  sınayacaq.

Xatırladaq  ki,  bütün  bunlar  iyun  ayında  Tbilisidə  təşkil  olunacaq  Trofi  turnirində  ölkəmizi  layiqincə  təmsil  etmək  məqsədi  daşıyır.

Digər Xəbərlər

17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin II turunun oyun cədvəli

539 06.08.2023

Məşqçilərsiz qalan “Azəryol”dan əzmkar qələbə

105 16.03.2024

Avropa Kuboku: Jomi Salerno - Kur 36:19

390 24.09.2023

Həndbol üzrə Azərbaycan kuboku turnirinə start verilib

779 14.12.2018

Həndbol hakimlərimiz Çempionlar Liqasında

651 29.01.2021

"Azəryol" liderliyi davam etdirir

654 13.02.2020

Azərbaycan çempionatı, II tur: Oyun cədvəli

316 17.11.2023

Azərbaycan çempionatı: VI turun son oyunlarının nəticələri

201 24.12.2023