Beynəlxalq dərəcəli həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər. Söhbət qadın həndbolçuların Çempionlar Liqası turnirindən gedir. Referilər Ernest və Emil Ağakişi Rusiyanın SSKA və Xorvatiyanın “Podravka Vegeta” komandalarının görüşünə təyinat alıblar. Onlar "B" qrupunun Moskvanın “Dinamo” arenasında təşkil olunacaq oyunlarında ədaləti qoruyacaqlar. İlk qarşılaşma yanvarın 31-nə, cavab matçı isə fevralın ilk gününə təyin olunub. Referilərimiz hər iki oyunda komandaları meydançaya çıxaracaqlar.
Qeyd edək ki, bu görüşlər ötən ilin noyabr ayında keçirilməli idi. Amma, Podravka Vegeta“nın həndbolçularından birində koronavirus aşkarlandığına görə oyunlar təxirə salınmışdı.
Rusiya paytaxtında keçiriləcək görüşlərdə ev sahibi favorit sayılır. 10 oyundan 17 xal toplayan SSKA 11 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, bu, Ernest və Emil Ağakişi qardaşlarının Avropa Həndbol Federasiyasının bayrağı altında keçirilən turnirlərə ilk təyinatı deyil. Sözügedən həndbol hakimlərimizin yetirincə beynəlxalq təcrübəsi var.
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
“İdman Akademiyası” komandası Gürcüstana yola düşüb
3213
24.10.2018
Azərbaycan çempionatında XI turun təqvimi
2460
16.02.2024
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib
2904
05.11.2022
Azərbaycan çempionatında növbəti turların nəticələri
1593
23.01.2025
Hakimlərimiz növbəti təyinat alıblar
2589
06.03.2018
22 İyul - Milli Mətbuat Günüdür
59
22.07.2026
Ölkə çempionatı: “Bakı”-“İdman Akademiyası” 8:26 (3:10)
339
28.01.2026
Azərbaycan çempionatı: "Qarabağ" - "İdman Akademiyası" 32:25 (15:11)
1867
27.11.2024