Liderlərin növbəti qələbəsi

09.12.2019
683
Paylaş:

Kişi  həndbolçuların  Azərbaycan  çempionatında  mübarizənin  qızğın  çağıdır.  Həftəsonu  yarışın  7-ci  turunun  oyunları  keçirilib.  “ABU  Arena”nın  meydançasına  əvvəlcə  “Təhsil”  və  “Məhsul”  komandaları  çıxıblar.  Nominal  qonaqların  üstünlüyü  ilə  yadda  qalan  oyunda  favoritin  asan  qələbə  qazandığını  söyləmək  olmaz.  “Təhsil”  həndbolçuları  rəqibə  ciddi  müqavimət  göstəriblər.  Amma  daha  təcrübəli  heyətə  malik  “Məhsul”  görüşü  qələbə  ilə  başa  vurmağı  bacarıb  –  36:29.

Günün  digər  oyununda  “Bakı”  və  U-18  komandaları  üz-üzə  gəliblər.  Gənc  həndbolçular  çox  çalışsalar  da,  növbəti  məğlubiyyətdən  yaxa  qurtara  bilməyiblər.  Qarşılaşma  gözlənildiyi  kimi  “Bakı”nın  inamlı  qələbəsi  ilə  nəticələnib  34:21.

Aktivinə  12-ci  xalı  yazdıran  “Bakı”  çempionatın  lideridir.  “Məhsul”  eyni  xalla  ikinci  pillədə  qərarlaşıb.  “Təhsil”in  3,  U-18-in  1  xalı  var.

 

Digər Xəbərlər

“Azərsu” növbəti qələbəsini qazanıb

947 27.10.2018

Azərbaycan çempionatı: Lider “Kür” mövqeyini möhkəmlədib

161 15.01.2024

"Qarabağ" liderlik mövqeyini möhkəmlədib

661 07.11.2019

Qadın həndbolçulardan ibarət millimizin rəqibi məlum olub

632 29.06.2022

Avropa çempionatı: Yunanıstan - İsrail 22:28

401 07.08.2023

Ölkə çempionatının növbəti oyunlarında favoritlər qələbə qazanıblar

617 15.10.2017

Kişi həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra turnir cədvəli

255 26.12.2023

Seçmə komandamız Rusiyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək

798 08.04.2019