Ölkə çempionu ilk məğlubiyyətlə barışdı

18.11.2019
708
Paylaş:

Kişi  həndbolçuların  Azərbaycan  çempionatında  5-ci  turun  oyunları  da  maraqlı  mübarizə  ilə  yadda  qalıb.  Bu  turadək  qələbələri  sıralayan  “Məhsul”  “Bakı”  ilə  növbəti  görüşə  də  favorit  qismində  çıxmışdı.  Amma  ölkə  çempionu  istəyini  reallaşdıra  bilməyib.  Gərgin  mübarizə  şəraitində  keçən  qarşılaşmada  nominal  ev  sahibinin  imkanlarını  yüksək  qiymətləndirənlər  yanılmayıblar.  Görüş  23:19  hesabı  ilə  “Bakı”nın  xeyrinə  nəticələnib.
“Təhsil”  –  U-18  görüşü  ikincilər  üçün  əlamətdar  olub.  Keçirdiyi  bütün  oyunlarda  məğlubiyyətlə  barışan  U-18  komandası,  nəhayət  aktivinə  ilk  xalı  yazdırmağı  bacarıb.  Hər  iki  tərəfin  cəhdlərinə  rəğmən  oyunda  qalib  müəyyənləşməyib  –  28:28.
Turu  qələbə  ilə  başa  vuran  “Bakı”  “Məhsul”la  xalları  bərabərləşdirib.  İndi  hər  iki  komandanın  aktivində  8  xal  var.  “Təhsil”  3  xalla  3-cü  pillədədir.  Autsayder  U-18-in  1  xalı  var.
Noyabrın  23-də  keçiriləcək  5-ci  turun  oyunlarında  “Bakı”  “Təhsil”lə,  U-18  “Məhsul”la  üz-üzə  gələcək.


Digər Xəbərlər

“Bakı-2017”: Qadın həndbolçulardan ibarət millimiz finalda

635 13.05.2017

Bakıda həndbol üzrə seminar keçirilib

570 25.05.2022

Bu gün millimizin rəqibi müəyyənləşəcək

581 29.06.2022

Qadın həndbolçularımız finalda Türkiyə millisi ilə görüşəcəklər

613 13.05.2017

Azərbaycan çempionatına yekun vuruldu

576 28.04.2018

Hakimlərimiz növbəti təyinat alıblar

799 24.02.2020

Azərbaycan çempionatında növbəti görüşlər keçirilib

611 08.10.2017

VII tur: Azəryol - Qarabağ 28:27

150 21.01.2024