Qadın həndbolçuların Azərbaycan çempionatında IV turun görüşləri olub. “ABU Arena”da keçirilən yarışın növbəti oyun günündə əvvəlcə “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəliblər. Gərgin mübarizə ilə yadda qalan oyunda nominal ev sahibinin imkanları yüksək qiymətləndirilirdi. Son ölkə çempionu ona bəslənən etimadı doğruldub. Qarşılaşma “Azəryol”un qələbəsi ilə nəticələnib – 33:28.
Günün digər matçında “Qarabağ”ın qələbəsi şübhə doğurmurdu. Keçirdiyi bütün oyunlard məğlub olan “İdman Akademiyası” komandası növbəti uğursuzluqdan da yaxa qurtara bilməyib. Daha inamlı oyun nümayiş etdirən “Qarabağ” 51:27 hesablı qələbə ilə liderlik mövqeyini möhkəmlədib.
Hazırda bu komandanın aktivində 8 xal var. “Azəryol” 6 xalla ikinci, “Azərsu” 2 xalla 3-cüdür. Autsayder “İdman Akademiyası” nın aktivində xal yoxdur.
Noyabrın 13-də keçiriləcək 5-ci turun oyunlarında “Qarabağ” “Azəryol”la, “Azərsu” isə “İdman Akademiyası” ilə qarşılaşacaq.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Həndbol üzrə XXIX Azərbaycan çempionatına yekun vurulub
2716
29.05.2023
Avropa çempionatı: LTU (Litva) - AZE (Azərbaycan) 47:14
2938
09.08.2023
“Bakı-2017”: Qadın həndbolçularımız yarımfinala yüksəliblər
2616
11.05.2017
Azərbaycan çempionatında növbəti turun oyun cədvəli
2891
21.12.2023
Bayramınız mübarək, əziz xanımlar!
1518
08.03.2025
İsgəndər Əsgərov Avropa Kubokunun oyununa təyinat alıb
2483
19.09.2023
Azərbaycan çempionatı: "Qarabağ" - "İdman Akademiyası" 32:25 (15:11)
1852
27.11.2024
Kişi həndbolçulardan ibarət “Bakı” komandasının Avropa kubokundakı rəqibi bəlli olub
2540
11.09.2022